Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya təşəbbüsü

18.12.2025 [21:16]

Səyyad Mirzəyev     

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi, humanist və sosial yönümlü siyasətinin bariz ifadəsidir. Bu təşəbbüs Konstitusiya dəyərlərinə sadiqliyin, hüququn aliliyinin və vətəndaş-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə yönəlmiş ardıcıl dövlət kursunun tərkib hissəsi kimi qiymətləndirilir. Amnistiya təşəbbüsü insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd kimi müəyyən edən Konstitusiyanın praktik müstəvidə tətbiqinə xidmət edir. Dövlətin cəza siyasətində humanist yanaşmanın gücləndirilməsi, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş şəxslərə münasibətdə diferensial yanaşmanın tətbiqi sosial ədalətin təmin olunmasına imkan yaradır. Müasir dövrdə suverenlik anlayışı yalnız siyasi müstəqillik və ərazi bütövlüyü ilə məhdudlaşmır. Güclü suveren dövlət, eyni zamanda, vətəndaşlarının hüquq və azadlıqlarını təmin edən, sosial ədaləti qoruyan və cəmiyyətdə barış mühitini möhkəmləndirən idarəçilik modelinə əsaslanır. Amnistiya təşəbbüsü bu baxımdan suverenliyin hüquqi və sosial əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Bu təşəbbüs eyni zamanda sosial sabitliyin qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Amnistiya aktları cəmiyyətə reinteqrasiya imkanlarını artırır, ailələrin sosial yükünü azaldır və islah olunma fəlsəfəsini təşviq edir. Bu isə cəmiyyətdə etimad mühitinin formalaşmasına müsbət təsir göstərir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsinə, Konstitusiya dəyərlərinin qorunmasına və Azərbaycan cəmiyyətində sosial ədalət və milli birliyin gücləndirilməsinə xidmət edən mühüm siyasi-hüquqi addım kimi dəyərləndirilir.

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31