Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada terrorla bağlı həbslər kəskin artıb

Böyük Britaniyada terrorla bağlı həbslər kəskin artıb

18.12.2025 [21:53]

Böyük Britaniyada “Palestine Action” adlı etiraz qrupuna dəstək göstərilməsi ilə əlaqədar terrorla bağlı həbslərin sayı bir il ərzində 660 faiz artıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, İsrailin Fələstindəki hərbi əməliyyatlarına qarşı çıxan bu qrup cari ilin iyul ayında terror qanunvericiliyi çərçivəsində qadağan edilib. Qadağadan sonra yüzlərlə insan “Soyqırımına qarşıyam, “Palestine Action”u dəstəkləyirəm” yazılı plakatları ilə etiraz aksiyaları keçirib. Qanunvericiliyə əsasən, bu cür ifadələr artıq terror fəaliyyəti ilə əlaqəli cinayət hesab olunur.

Hökumət tərəfindən dərc edilən statistikaya əsasən, sentyabr ayına qədər olan bir il ərzində terror fəaliyyəti ilə bağlı ümumilikdə 1886 nəfər saxlanılıb. Onlardan 1630 nəfəri, yəni 86 faizi “Palestine Action”a dəstək göstərilməsi ilə əlaqələndirilir. Əvvəlki ildə terrorla bağlı həbslərin ümumi sayı 248 nəfər təşkil edib.

Paylaş:
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31