Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş katib ABŞ-ın BMT qurumlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib

Baş katib ABŞ-ın BMT qurumlarından çıxmaq qərarından təəssüfləndiyini bildirib

09.01.2026 [12:41]

BMT-nin Baş katibi Antonio Quterreş Ağ Evin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının bir sıra qurumlarından çıxmaq qərarı ilə bağlı açıqlamasından təəssüfləndiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı bəyanatda qeyd olunduğuna görə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya tərəfindən təsdiq edilmiş müntəzəm büdcəsinə və sülhməramlı büdcəyə ödənilən töhfələr BMT Nizamnaməsinə əsasən Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün hüquqi öhdəlikdir.

“BMT-nin bütün qurumları üzv dövlətlər tərəfindən verilən mandatlarının icrasını davam etdirəcək. BMT-nin ondan asılı olanların xeyrinə çalışmaq məsuliyyəti var. Biz mandatlarımızı qətiyyətlə yerinə yetirməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ağ Ev ABŞ-ın digər təşkilatlarla yanaşı BMT-nin 31 qurumundan çıxdığını elan edib.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31