Azərbaycanın bərpaolunan enerji potensialı artacaq
12.01.2026 [11:42]
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycan dövlətinin son illər formalaşdırdığı dayanıqlı inkişaf modelinin parlaq təzahürü oldu. Səudiyyə Ərəbistanı Krallığının aparıcı enerji şirkətlərindən olan “ACWA Power” tərəfindən inşa edilmiş 240 MVt gücündə bu stansiya təkcə energetika sahəsində texniki nailiyyət deyil, eyni zamanda siyasi uzaqgörənliyin, iqtisadi rasionalizmin və diplomatik etimadın real nəticəsidir. Cənab Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq ayrı-ayrı layihələr icra edən ölkə deyil, enerji təhlükəsizliyi, yaşıl transformasiya və regional liderlik anlayışlarını vahid strateji xəttə çevirən dövlətdir. Dövlət başçısının sözləri ilə desək: “Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.”
Dörd il əvvəl – 2022-ci ilin yanvarında təməli qoyulan bu layihənin bu gün uğurla istismara verilməsi Azərbaycanda strateji qərarların kağız üzərində qalmadığını, ardıcıl icra mexanizmi ilə reallaşdırıldığını sübut edir. Cənab Prezidentin vurğuladığı kimi, bu illər ərzində aparılan fəal işlər nəticə etibarilə konkret məhsula – enerji gücünə çevrilib. Burada xüsusilə diqqətçəkən məqam odur ki, “ACWA Power”in bu layihəsi Azərbaycanda ilk bərpaolunan enerji stansiyası olsa da, sonuncu deyil. Bu isə artıq sabit və uzunmüddətli tərəfdaşlığın formalaşdığını göstərir. Cənab Prezident İlham Əliyevin açıq mesajı son dərəcə aydındır. Azərbaycan bu şirkətin planlarını dəstəkləyir, çünki bu planlar ölkənin milli maraqları ilə üst-üstə düşür.
“Xızı-Abşeron” layihəsi həm də çoxtərəfli beynəlxalq əməkdaşlığın uğurlu nümunəsidir. İnvestor kimi Səudiyyə Ərəbistanının, baş podratçı kimi isə Çinin “Power China” şirkətinin iştirakı göstərir ki, Azərbaycan qlobal iqtisadi və texnoloji şəbəkələrə tam inteqrasiya olunmuş etibarlı platformadır. Cənab Prezidentin “Power China” ilə bağlı səsləndirdiyi fikirlər gələcək perspektivlərə işarədir. Bu şirkət təkcə podratçı yox, gələcəkdə investor kimi də Azərbaycan bazarında yer alacaq. Bu isə artıq Azərbaycana olan inamın institusional səviyyəyə qalxdığını təsdiqləyir. Cənab Prezident İlham Əliyevin çıxışının əsas ideya xəttlərindən biri ənənəvi və bərpaolunan enerji mənbələrinin paralel inkişafı idi. Dövlət başçısının Mingəçevirdə istismara verilmiş 2000 MVt gücündə ənənəvi stansiyanı xatırlatması təsadüfi deyil. Mesaj aydındır: Azərbaycan romantik “yaşıl keçid” xülyaları ilə yox, hesablanmış və balanslaşdırılmış enerji siyasəti ilə irəliləyir. Bu gün 10 min MVt-a yaxın generasiya gücünə malik olmaq tarixi rekorddur. Amma bu, son hədd deyil. Cənab Prezidentin dediyi kimi, növbəti illərdə bərpaolunan enerji güclərinin artması həm daxili tələbatı tam ödəməyə, həm də elektrik enerjisi ixracını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı təkcə quru ərazilərlə məhdudlaşmır. Cənab Prezidentin Xəzər dənizinin 157 giqavatlıq külək potensialını xatırlatması göstərir ki, ölkə artıq enerji xəritəsini qlobal miqyasda düşünür. Bu potensial reallaşdıqca Azərbaycan regionun deyil, Avrasiyanın əsas enerji qovşaqlarından birinə çevrilə bilər. Cənab Prezident İlham Əliyevin çıxışında maliyyə göstəricilərinə xüsusi yer ayırması təsadüfi deyil. 300 milyard dollardan artıq cəlb edilmiş sərmayə, ÜDM-in cəmi 6 faizi səviyyəsində olan xarici borc və borcu 16–17 dəfə üstələyən valyuta ehtiyatları Azərbaycana makroiqtisadi təhlükəsizlik zonası yaradır. Dövlət başçısının “Sözümüz imzamız qədər dəyərlidir” fikri isə bu tədbirin ideoloji kulminasiyası idi. Bu, təkcə siyasi bəyanat deyil, beynəlxalq investorlara verilmiş hüquqi və mənəvi zəmanətdir. Bərpaolunan enerjinin inkişafı yeni çağırışlar yaradır və Prezident İlham Əliyev bu çağırışlara cavab olaraq Batareya Enerji Saxlanc Sistemlərinin yaradıldığını elan edir. Tarixdə ilk dəfə 250 MVt-lıq bu sistemin qurulması Azərbaycanın artıq enerji istehsalından idarəetməyə keçdiyini göstərir. Eyni zamanda süni intellekt, data mərkəzləri və enerji tutumlu sahələrə ünvanlanan çağırış onu deməyə əsas verir ki, Azərbaycan enerjidən texnologiyaya, resursdan innovasiyaya keçid mərhələsinə daxil olub.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha sübut etdi ki, Azərbaycan üçün enerji siyasəti sadəcə iqtisadi sektor deyil, milli təhlükəsizlik, beynəlxalq nüfuz və gələcək nəsillər üçün məsuliyyət məsələsidir. Bu layihə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan inkişaf modelinin, sabitliyin, etibarlılığın və strateji düşüncənin real nəticəsidir. Bu gün Bakıdan dünyaya verilən mesaj çox aydındır. Azərbaycan etibarlı tərəfdaşdır, açıq investisiya məkanıdır və enerji gələcəyini özü müəyyən edən suveren dövlətdir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55

