Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub

12.01.2026 [16:50]

Yanvarın 12-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-ın özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Ötən ilin avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib.

Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31