Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığın azaldılması barədə razılığa gəliblər

G7 ölkələri Çindən nadir torpaq elementlərindən asılılığın azaldılması barədə razılığa gəliblər

13.01.2026 [14:26]

G7 (Böyük yeddilik) ölkələri nadir torpaq mineralları üzrə Çindən asılılığı azaltmaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Satsuki Katayama G7 maliyyə nazirlərinin danışıqlarından sonra açıqlama verib.

Bildirilib ki, Katayama, həmçinin Çinin Yaponiyaya ikili təyinatlı malların ixracına tətbiq etdiyi embarqo ilə bağlı Tokionun mövqeyini həmkarlarına çatdırıb. Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi bu qərarı qəbuledilməz adlandırmışdı. Çin Ticarət Nazirliyi isə bəyan edib ki, embarqo yanvarın 6-dan etibarən “hərbi məqsədlər və hərbi potensialın gücləndirilməsinə töhfə verən digər məqsədlər üçün” nəzərdə tutulan ikili təyinatlı malların tədarükünə şamil olunur.

Yaponiya mediası, həmçinin bir sıra Çin dövlət şirkətlərinin yapon tərəfdaşlarına nadir torpaq elementlərinin tədarükü ilə bağlı yeni müqavilələr bağlamayacaqları barədə məlumat verdiklərini bildirib.

Paylaş:
Baxılıb: 45 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31