2026-cı ilin ilk qərarı...
05.02.2026 [09:58]
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Mərkəzi Bank (MB) 2026-cı ilin ilk faiz dəhlizi qərarını açıqlayıb. MB-nın İdarə Heyətinin qərarı ilə fevralın faiz dəhlizinin bütün parametrləri 0,25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7,5 faiz səviyyəsinə endirilib. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2 faiz) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
İnflyasiya hədəf daxilindədir
Məlum olduğu kimi, uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Bu nöqteyi-nəzərdən MB-nin aşağı uçot faizinə getməsi inflyasiyanın da qənaətbəxş olmasından xəbər verir. MB-nın da açıqladığı kimi faiz dəhlizi ilə bağlı ötən qərardan bəri (dekabr) inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər.
MB bəyan edir ki, hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 faiz təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 faiz, ödənişli xidmətlər üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə isə 2,5 faiz artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4,8 faiz təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz...
İnflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Bu, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacibdir. Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır.
MB-nin 2026-cı ilə dair pul-kredit siyasəti bəyanatında bildirilir ki, növbəti ildə pul siyasəti qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək, bu istiqamətdə islahatlar davam etdiriləcək. Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Hökumətin, beynəlxalq maliyyə-kredit təşkilatlarının və beynəlxalq reytinq agentliklərinin proqnozları da inflyasiyanın növbəti ildə, əsasən, bu diapazonda qalacağını göstərir.
Bütün bunlara rəğmən, Mərkəzi Bank qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. Bütün bu sabit gözləntilərə baxmayaraq, inflyasiya ilə mübarizə tədbirləri prioritet faktor kimi diqqətdə saxlanılacaq və iqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar bu prosesə cəlb edəcək.
Valyuta bazarındakı stabillik müşahidə olunur
Mərkəzi Bank valyuta bazarındakı stabilliyin də hökm sürdüyünü, bu faktorun qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynadığını bildirir. Qeyd olunduğuna görə, 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 423 milyon dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2,6 faiz bəndi azalaraq 28 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bütün bu situasiyalar şəraitində Dövlət Neft Fondu və MB bazarın valyuta tələbatlarını tam təmin etməklə yanaşı, əlavə resurs ehtiyatları formalaşdırıb. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,1 faiz artaraq 11,5 milyard dollara çatıb.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Ölkənin tədiyyə balansı öz dayanıqlılığını qoruyub saxlayır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0,7 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. İdxlada kəskin tədiyyə artımının səbəbi ötən il qızıl alışının rekord həddə çatmasıdır. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6,9 milyard dollardan da çoxdur.
Yenilənmiş makroiqtisadi proqnozlara uyğun olaraq, 2026-cı və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir. Yəni, ticarət balansında ixracın idxalı üstələməsi proqnozlaşdırılır.
Depozit və kredit faizlərində azalmalar qeydə alınıb
2026-cı ilin ilk ayında pul bazarında da göstəricilər dinamik olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilməkdədir. Açıq bazar əməliyyatı olan həftəlik depozit hərracları əvvəlki qaydalar daxilində, təminatsız pul bazarında faizlər isə Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət etməkdədir. Bu amillər uçot dərəcəsinin endirilməsinə səbəb olub. Ümumilikdə, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar aprelin 2-də açıqlanacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37

