Yeni investisiya bumu
12.02.2026 [10:35]
ABŞ Ticarət Palatasının nümayəndə heyətinin ölkəmizə səfəri nəhəng iqtisadi layihələrin reallaşmasına zəmin yaradır
Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə ölkəmizin hökumət və iqtisadi qurumlarının təmsilçiləri arasında keçirilən görüşlər uğurla başa çatıb. ABŞ Ticarət Departamenti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan missiya çərçivəsində Prezident İlham Əliyevlə görüşün keçirilməsi daha əlamətdar olub. Dövlətimizin başçısı nümayəndə heyəti ilə görüşdə bir sıra mühüm mesajlar verməklə ABŞ-ın biznes icmasının Azərbaycanda daha fəal çalışması üçün möhkəm zəmanətlər verildiyini xatırlatmış oldu. Vurğulandığı kimi ölkəmizdə təmin edilmiş sağlam investisiya mühitindən bəhs edərək bu münbit iqlimin xarici sərmayədarlar, o cümlədən ABŞ investor ailəsi üçün olduqca əlverişli və fəaliyyət imkanı yaradır. Xüsusən də ABŞ biznes nəslinin böyük nümayəndə heyətinin ölkəmizə səfəri təmasların tamamilə yeni müstəviyə adlamasını təşviq edir, biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyin digər istiqamətləri üzrə müştərək tərəfdaşlığın möhkəmlənməsinə baza yaradır.
31 şirkət - qlobal biznes nəslinin siması
Müxtəlif iqtisadi qurumların və sahibkarlıq assosiasiyalarının nümayəndələri ilə keçirilən görüşdə ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına önəm verdiyi, tərəflər arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmi qeyd olunub. Azərbaycanın etibarlı enerji tərəfdaşı, Avropa və Mərkəzi Asiya ölkələri arasında regional mərkəz kimi strateji mövqeyi xatırladılıb.
Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın dünyaca məşhur “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P.Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxil idi ki, bu da qlobal biznesin əsas simaları deməkdir.
Ümumilikdə, 31 şirkətin təmsil olunduğu beynəlxalq miqyaslı korporasiyaların Azərbaycana gəlişi iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin yaradılması və qarşılıqlı səfərlərin təşkilini də legitimləşdirir.
İnvestisiyalarda qarşılıqlı maraq nümayişi
ABŞ Ticarət Palatasının biznes missiyası Energetika Nazirliyi, SOCAR, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ilə faydalı görüşlər də keçirib. Tədbirdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, bu tərəfdaşlıq təkcə milli layihələrin deyil, eyni zamanda, regional və beynəlxalq enerji təhlükəsizliyi layihələrinin uğurla reallaşdırılmasına mühüm töhfə verib. ABŞ şirkətlərinin texnologiyaları, təcrübəsi və investisiyaları iri transmilli enerji layihələrinin formalaşmasında həlledici rol oynayıb. Azərbaycanın bütün enerji növlərini bərabərhüquqlu əsasda inkişaf etdirməsi, regional enerji bağlantılarını şaxələndirməsi, enerji təchizatçısı rolunu elektrik enerjisi ilə genişləndirməsi və enerjinin mühüm bir hissəsinin məlumat mərkəzlərinin tələbatına yönəldilməsi ilə bağlı kursu diqqətə çatdırılıb. Neft, qaz, bərpaolunan enerji, elektrik enerjisi, hidrogen və enerji səmərəliliyi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. SOCAR və “ExxonMobil” arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizlərinin icrası, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzərindən elektrik enerjisinin nəqli və bu layihələr çərçivəsində ABŞ şirkətləri ilə əməkdaşlıq perspektivləri dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində texnologiya, bilik, təcrübə və investisiya istiqamətlərində əməkdaşlığa qarşılıqlı maraq nümayiş etdirilib.
İqtisadi-ticari dövriyyə və investisiya imkanları artır
ABŞ və Azərbaycanın çoxistiqamətli iqtisadi əməkdaşlıq platformasının möhkəmlənməsi ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artması üçün dərin zəminlər yaradır. Sözsüz ki, bu sahədə ABŞ Ticarət Palatasının təşviqedici rolu böyükdür. Palatanın təşviqedici addımları sayəsində Azərbaycanın ümumi iqtisadi-ticari dövriyyəsinin balansında ABŞ-ın payı artır. Donald Trampın yenidən prezident seçilməsindən sonra ABŞ və Azərbaycan arasında olan münasibətlərin müsbət məcrəda dəyişməsi iqtisadi dinamikanı da böyüdüb. 2023-2024-cü illərdə iqtisadi mübadilənin dövriyyəsi 1,9- 2 faiz təşkil edibsə, 2025-cü ildə bu göstərici 3,2 faizə çatıb. Azərbaycanın Birləşmiş Ştatlara 60 milyon dollara yaxın qeyri-neft məhsullarının ixracının gerçəkləşməsi isə iqtisadi gündəıliyin daha da zənginləşdiyini göstərir.
Bir sözlə, amerikalı biznes icmasının ölkəmizə səfəri çox qənaedici və yeni imkanların səfərbər edilməsi, birgə iqtisadi partnyorluq üçün əlamətdar olub. ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin də etiraf etdiyi kimi ilk biznes missiyası ABŞ-ın özəl sektoru ilə Azərbaycan Hökuməti və biznes dairələri arasında yeni dialoq kanalları açacaq, iqtisadi gündəliyin icrasını sürətləndirəcək. Amerikalı iş adamları iqtisadi prioritetlər, investisiya mühiti və enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi önəmli sahələrdə uzunmüddətli tərəfdaşlığa sərmayə təşviqlərini gerçəkləşdirəcək. “Visa” şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros isə bildirib ki, biznes missiyasının səfəri Azərbaycanın inkişaf edən rəqəmsal ödəniş ekosistemini dəstəkləməklə, yeni innovasiyaların, maliyyə inklüzivliyinin və bizneslərin işgüzarlığının güclənməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

