Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

13.02.2026 [22:30]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı.

“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulandı.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28