Rəqəmsal inkişafla bağlı yeni fəaliyyət proqramı hazırlanacaq
16.02.2026 [12:41]
2026-cı ilin 11 fevral tarixində İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı çıxışında bildirib ki, bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı məsələlər müzakirə ediləcək. Prezident Azərbaycanın bu sahədə bir sıra mühüm üstünlüklərə malik olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizin coğrafi mövqeyi – Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində mövqe tutması və yaradılmış müasir infrastruktur bu üstünlüyü təmin edir. Həmçinin transmilli böyük şirkətlərlə iş təcrübəmizin, əlverişli investisiya mühitinin mövcudluğu və son 20 ildə generasiya gücümüzün təxminən iki dəfə artması rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün əsas şərtlərdir.
Prezident bildirib ki, digər üstünlüyümüz dünyanın aparıcı şirkətləri ilə artıq təmasların qurulmasıdır. Bir neçə iri şirkətlə danışıqlar aparılır. Dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələr mövcuddur və bu qurumlardan Azərbaycana investisiya cəlb edilməsi istiqamətində müsbət nəticələr əldə olunub. Dövlət başçısı deyib: “Hazırda konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də ən böyük Amerika fondlarının sərəncamındadır”.
Prezident həmçinin Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasını xatırladaraq bunun tarixi sənəd olduğunu bildirib. O qeyd edib ki, Xartiyada data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədə Amerika şirkətləri ilə əməkdaşlıq məsələləri öz əksini tapıb və bu da Azərbaycanın üstünlüklərindən biridir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. O bildirib ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabətdə müəyyən qədər geridə qalsalar da, həmin ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir.
Prezident ötən il Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədinin imzalandığını da qeyd edib və bildirib ki, Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq edən nadir ölkələrdəndir. Onun sözlərinə görə, bu qədər üstünlüyə malik olmaq böyük imkandır və bundan istifadə etməmək qəbuledilməzdir.
Müşavirədə Prezident konkret tapşırıqlarını da səsləndirib. O bildirib ki, rəqəmsal inkişaf sahəsində dövlət qurumları arasında sıx koordinasiya təmin edilməli, pərakəndəliyə yol verilməməlidir. Qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlayaraq Prezidentə təqdim etməlidir.
Dövlət başçısı tövsiyə edib ki, işlərin daha səmərəli təşkili üçün hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin müəyyən edilsin və ya bu istiqamət mövcud müavinlərdən birinə həvalə olunsun. Bu sahə hər bir qurum üçün prioritet sayılmalıdır.
Prezident dövlət xidmətlərinin “mygov” platforması üzərindən – vahid mərkəzdən göstərilməsini tapşırıb. O bildirib ki, vətəndaşlara lazım olan bütün xidmətlər bir ünvandan təqdim edilməlidir. Mövcud platformaların üstünlükləri, əldə olunmuş təcrübə və bu sahədə çalışan kadrlar ümumi işə cəlb edilməlidir.
Kadr hazırlığı məsələsinə də toxunan Prezident qeyd edib ki, bu, əsas vəzifələrdən biridir. Ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələr arasında bu ixtisaslara xüsusi diqqət ayrılmalıdır. Eyni zamanda, orta məktəblərin tədris proqramlarında da müvafiq dəyişikliklər edilməlidir. Çünki bu sahə uzunmüddətli və daim genişlənən bir prosesdir və gələcəkdə yüksək ixtisaslı kadrlara böyük ehtiyac olacaq.
Prezident vurğulayıb ki, süni intellektin dövlət qurumlarında tətbiqi genişləndirilməlidir. İnkişaf etmiş ölkələrdə süni intellekt agentləri dövlət məmurlarının gündəlik fəaliyyətinə dəstək verir və qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı olur. Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır.
Kibertəhlükəsizlik məsələsinə xüsusi diqqət çəkən Prezident bildirib ki, ötən il Azərbaycan mütəşəkkil və aqressiv kiberhücuma məruz qalıb və müvafiq tədbirlər görülüb. Bu sahə prioritet olaraq diqqətdə saxlanmalı, mövcud Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti gücləndirilməlidir.
Sonda Prezident bir daha qeyd edib ki, müzakirə olunan bütün məsələlər vahid fəaliyyət planında öz əksini tapmalı və sənəd qısa müddətdə hazırlanaraq təqdim edilməlidir.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19

