Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BŞDYPİ dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

BŞDYPİ dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

16.02.2026 [11:44]

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-a idarədən məlumat verilib.

Bildirilib ki, duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Həmçinin vurğulanıb ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28