Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın rəqəmsal gələcəyinə hesablanmış aydın baxış

Azərbaycanın rəqəmsal gələcəyinə hesablanmış aydın baxış

16.02.2026 [12:14]

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin rəqəmsal transformasiya mərhələsində yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənab Prezident  tərəfindən səsləndirilən fikirlər Azərbaycanın dövlət idarəçiliyində, iqtisadiyyatında və ictimai xidmətlər sistemində rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən olunduğunu bir daha təsdiqlədi.

Çıxış zamanı Ölkə başcısı vurğuladı ki, müasir dövrdə rəqəmsal texnologiyalar ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Qlobal miqyasda rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi bir şəraitdə Azərbaycan da bu prosesdən kənarda qala bilməz. “Yeni rəqəmsal arxitektura” anlayışı yalnız texnoloji yenilənmə deyil, eyni zamanda idarəetmə modelinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi deməkdir.

Vahid fəaliyyət planının əsas məqsədi dövlət informasiya sistemlərinin inteqrasiyası, məlumat bazalarının vahid platformada birləşdirilməsi və xidmətlərin daha əlçatan formada təqdim edilməsidir. Bu çərçivədə rəqəmsal hökumət modelinin gücləndirilməsi, süni intellekt və kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Möhtərəm Prezident qeyd edib ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi vacibdir.

Müşavirədə həmçinin dövlət qurumları arasında koordinasiyanın artırılması məsələsinə xüsusi diqqət yetirilib. Rəqəmsal transformasiya yalnız texniki məsələ deyil, bu, institusional yanaşma və vahid idarəetmə strategiyası tələb edir. Bu baxımdan kadr hazırlığı, rəqəmsal bacarıqların artırılması və innovativ düşüncə tərzinin formalaşdırılması əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bildirib ki, gənclərin İKT sahəsinə marağının artırılması və startap ekosisteminin inkişafı ölkənin gələcək rəqəmsal potensialını müəyyən edəcək.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü ölkənin sosial-iqtisadi inkişaf strategiyası ilə də sıx bağlıdır. Rəqəmsallaşma biznes mühitinin yaxşılaşdırılmasına, investisiya cəlbediciliyinin artmasına və qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Elektron xidmətlərin genişləndirilməsi sahibkarların vaxt və maliyyə xərclərini azaldacaq, bürokratik maneələri minimuma endirəcək.

Nəticə etibarilə, cənab İlham Əliyevin bu müşavirədəki çıxışı Azərbaycanın rəqəmsal gələcəyinə dair aydın baxışı ortaya qoyur. Yeni rəqəmsal arxitektura dövlət idarəçiliyində çeviklik, şəffaflıq və səmərəlilik prinsiplərini gücləndirərək ölkənin dayanıqlı inkişafına xidmət edəcək. Bu istiqamətdə atılacaq ardıcıl addımlar Azərbaycanın regionda rəqəmsal liderlərdən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28