Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəqəmsal Transformasiya yolunda yeni mərhələ

Rəqəmsal Transformasiya yolunda yeni mərhələ

16.02.2026 [20:46]

Müasir dövrdə rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin, iqtisadi inkişafın və ictimai həyatın əsas hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmayaraq rəqəmsal transformasiyanı strateji prioritet kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin strateji inkişaf gündəliyində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə innovativ idarəetmə modeli formalaşır, elektron xidmətlərin əhatə dairəsi genişlənir və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm addımlar atılır.

Rəqəmsal transformasiya yalnız texnoloji yenilənmə deyil, eyni zamanda düşüncə və idarəetmə tərzinin müasirləşdirilməsidir. Dövlət xidmətlərinin elektronlaşdırılması şəffaflığın gücləndirilməsinə, vaxt itkisinə son qoyulmasına və operativliyin təmin edilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr regionlarda da rəqəmsal infrastrukturun inkişafına, internetə çıxış imkanlarının genişlənməsinə və əhalinin elektron xidmətlərdən istifadəsinin asanlaşmasına şərait yaradır.

Rəqəmsallaşma iqtisadi sahədə də öz müsbət nəticələrini göstərməkdədir. Sahibkarlıq subyektləri üçün yaradılan elektron platformalar biznes mühitinin daha da yaxşılaşmasına, investisiya cəlbediciliyinin artmasına və yeni innovativ təşəbbüslərin meydana çıxmasına zəmin yaradır. Xüsusilə startap ekosisteminin inkişafı və rəqəmsal ödəniş sistemlərinin genişlənməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verir. 

Eyni zamanda, rəqəmsal bacarıqların artırılması və informasiya texnologiyaları sahəsində ixtisaslı kadr hazırlığı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərin bu sahəyə marağının təşviq olunması gələcəkdə rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına imkan verir. Təhsil müəssisələrində rəqəmsal savadlılığın gücləndirilməsi və innovasiya mərkəzlərinin yaradılması bu məqsədə xidmət edir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan rəqəmsal transformasiya yolunda yeni mərhələyə qədəm qoyub. Qarşıya qoyulan hədəflər ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsinə, müasir və çevik dövlət modelinin formalaşmasına xidmət edir. Rəqəmsal inkişaf strategiyası Azərbaycanın dayanıqlı gələcəyinin və güclü dövlət quruculuğunun əsas təminatlarından biri kimi çıxış edir.

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı 

Paylaş:
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28