Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Oğurlanan talelər...

Oğurlanan talelər...

16.02.2026 [15:38]

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) nəhayət, sənədli sübutlar əsasında dövlət çevrilişinə cəhd göstərən korrupsionerlərin xəyanət əməlini konkret faktlarla ifşa etdi.  

Əlbəttə, kütləviləşdirilən ilkin informasiya DTX-nın uzun müddətdən bəri böyük səbr, səriştə və peşəkarlıqla apardığı araşdırmanın yalnız tezis şəklində qısa məcmusudur. Yekun istintaq materiallarında söz yox, daha geniştərkibli ifşa sənədləri əksini tapacaq (təbii, “qlavarların” yardımçı əlaltıları daxil).  

İşin yekununda “xain koalisiyanın” cinayət tərkibli əməli məhkəmədə hüquqi qiymətini alacaq və cəzası veriləcəkdir.   

Bu öz yerində. 

Ancaq müasir Azərbaycan tarixinin bu analoqsuz cinayət işinə münasibətdə bir ayrı - ağrılı cəhət də var. O da ittiham olunan səlahiyyətli sabiqlərin fəaliyyətinin ictimai-siyasi nəticələri ilə bağlıdır.

Uzun onilliklər boyu ali səviyyəli “açar vəzifələrdə” oturaraq adi vətəndaşlara qarşı məsuliyyətsizcə davranan məsul məmurlar bu vətəndaşların toplam zəhməti sayəsində  yaranan dövlət büdcəsindən oğurladıqları pullarla yanaşı (başqa yolla nəinki “milyarder”, heç  “milyoner” də olmaq mümkün deyil), həm də insan taleləri oğurlanıb.  

Bəli, onlar insan taleləri oğurlayıblar!

Bugün ittiham olunan dünənki “məsul və məşhur” səlahiyyət sahibləri illər uzunu   vəzifədən sui-istifadə edərək, nə qədər qeyrətli, vətənpərvər insanları məhv ediblər. Acgözlərin “xəyanət və oğurluq standartına” uyğun gəlməyən neçə-neçə gözütox, təmiz kadrlar, dövlətə və prezidentə sədaqətli adamlar, obyektiv, prinsipial, ədalətli dövlət qulluqçuları vurulub. Nə qədər istedadlı elm, təhsil, mədəniyyət, mətbuat işçiləri məkrli məqsədlərlə haqsız yerə incidilib, işdən çıxardılıb, inkşafının qarşısı alınıb. Vicdansız və məsuliyyətsiz davranışlarla millətin ən yaxşıları seçilərək bezdirilib, küsdürülüb aktiv fəaliyyətdən, - vətənə, xalqa və dövlətə xidmətdən uzaqlaşdırılıblar...

Bunlar faktdır, sübuta ehtiyacı olmayan aksiomadır.

Və bunun yüzlərlə canlı şahidi var. Mətbuat səhifələrinə çıxan və çıxmayan çoxsaylı nümunələri var...     

Ancaq bu xainlik təkcə fərdlərə aid məsələ hesab oluna bilməz. Dışlanan dəyərli insanların şəxsinə ünvanlanmış pislik də deyil. Bu əməlin mahiyyəti daha qlobal xarakterlidir. Bütün ölkənin, dövlətin, xalqın və millətin inkişafına vurulan sarsıdıcı zərbələrdir.

Hər bir xalq, dövlət, millət, hər bir cəmiyyət məhz bacarıqlı kadrların, istedadlı insanların məhsuldar fəaliyyəti ilə inkişaf edir. Cəmiyyət həyatında hər şeyi kadrların həll etdiyini bilə-bilə, vətənə bundan böyük xəyanət olarmı?!

İttiham olunan sabiq səlahiyyət sahibləri mənəviyyatca nə qədər xəbis olsalar da, şüurca ağılsız deyillər. Onların fəaliyyəti kor-koranə yox, düşünülmüş məqsədli işdir.  Onlar peşəkar qürurlu kadrları lakey təbiətli primitiv ləbbeyk deyənlərlə əvəzlədikcə, əlbəttə cəmiyyətin tərəqqisini addım-addım əngəllədiklərinin fərqində olublar. Və məhz bu amil – hələ 30-cu illərdən müstəqil Azərbaycanın inkişafını əngəlləməyə yönələn planlı məqsədin çağdaş davamı kimi tövsif oluna bilər!         

Məhkəmə hökmü Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə xain əməlin adekvat “kompensasiyası” olaraq layiqli cəzalar verəcəkdir.

Buna söz yox.   

Ancaq onillər boyu dəyərli insanların, vətənə və dövlətə sədaqətli kadrların, bacarıqlı dövlət qulluqçularının, istedadlı elm, təhsil, mədəniyyət, mətbuat adamlarının sındırılmış, məhv edilmiş, söndürülmüş, əzab-əziyyətlərə düçar edilmiş həyatlarını, puça çıxarılmış ömürlərini, oğurlanmış talelərini nəylə və necə kompensasiya etmək mümkün olacaqdır?!

Heyhat...

Ömür getdi, gün getdi...   

Məsul vəzifəli məsuliyyətsiz sabiqlərin bu cür məkrli kadr oyunbazlıqları ittiham aktının ən mühüm bəndlərindən biri olmalıdır. Real cinayəti araşdırıb hüquq qanunları  üzrə qiymət veriləndə, mənəviyyat qanunları üzrə də bu amil nəzərə alınmalıdır!

Akif ƏLİ,

Əməkdar jurnalist,

Fəlsəfə doktoru,

Yazıçı-publisist.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28