Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BƏƏ-nin Azərbaycandakı səfiri: İki ölkə arasında birgə müəssisələrin yaradılması müzakirə olunur

BƏƏ-nin Azərbaycandakı səfiri: İki ölkə arasında birgə müəssisələrin yaradılması müzakirə olunur

17.02.2026 [15:26]

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir. Qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına cavab verir. Əlaqələrin daha da möhkəmlənməsi üçün bu il bir sıra nazirlər müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edəcəklər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.

Onun sözlərinə görə, bu səfərlər çərçivəsində iki dövlət arasında investisiya, iqlim və şəhərsalma sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

“Əgər zərurət yaranarsa, memorandumların imzalanması da planlaşdırıla bilər. Yaxın zamanda BƏƏ və Azərbaycan birgə müəssisələrinin yaradılmasına investisiya qoyuluşu ilə bağlı müzakirələr də aparılacaq. Hər iki tərəf artıq üzərində işləyəcəkləri layihələr barədə aydın təsəvvürə malikdir. Son iki il ərzində müxtəlif sektorlarda əməkdaşlığı təşviq edən 20-dən çox saziş imzalanıb. Artıq qida sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilir”, - deyə Məhəmməd Əl Bluşi əlavə edib.

Səfir vurğulayıb ki, BƏƏ və Azərbaycanın şirkətləri hər iki ölkənin ixrac sahəsində tələbatını qarşılamaq üçün birgə işləmək potensialına malikdir: “Hər iki tərəf arasında logistika məsələləri, o cümlədən, qarşılıqlı və ya birgə müəssisə layihələrinə investisiya qoyuluşu ilə bağlı müzakirə olunmalı müəyyən istiqamətlər var. Bununla bağlı müzakirələr tezliklə baş tutacaq. Yaxın gələcəkdə şirkətlərimiz arasında mühüm əməkdaşlığın olacağını gözləyirəm. BƏƏ və Azərbaycan kimi qardaş, dost ölkələr arasında çox güclü münasibətlər mövcuddur. Bu münasibətləri inkişaf etdirib daha yüksək səviyyəyə çatdırmaq və qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrini artırmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28