Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır

Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır

18.02.2026 [15:29]

Bu gün prokurorluq orqanlarında sağlam və güclü peşəkar rəqabət mühiti mövcuddur. Bu qurumda xidmət edən hər bir şəxs yüksək intellektual hazırlığa, dərin biliyə və dövlətçilik ideallarına sadiqliyə malikdir.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.

“Unutmamalıyıq ki, cəmiyyətin bizdən gözləntisi ədalətin bərqərar olması və obyektiv hüquqi qərarların qəbuludur. Xüsusilə keçmiş illərdən qalan, hələ də üstü açılmamış cinayətlərin istintaqının yekunlaşdırılması vətəndaşlarımızda qanunun aliliyinə olan inamı daha da möhkəmləndirir. Bizim məqsədimiz ədaləti bərpa etməkdir”, - deyə Kamran Əliyev vurğulayıb.

Baş prokuror bildirib ki, cəmiyyət üçün real təhlükə doğuran və ağır cinayətlər törədən şəxslər qanun çərçivəsində təcrid edilməli, lakin törətdiyi əməl ictimai təhlükə kəsb etməyən şəxslərə münasibətdə dövlətimizin humanizm prinsipləri rəhbər tutulmalıdır: “Bu şərəfli yolda sağlam düşüncəli, peşəkar media bizim ən yaxın tərəfdaşımızdır. Real problemləri işıqlandıran, obyektivliyi qoruyan hər bir mətbuat nümayəndəsi ilə əməkdaşlığımızı olduqca vacib hesab edirik. Biz müasir informasiya məkanını, rəqəmsal platformaları və sosial medianı diqqətlə izləyir, daxil olan hər bir siqnaldan fəaliyyətimiz üçün nəticələr çıxarırıq. İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır. Qərəzdən uzaq, obyektiv faktlara söykənən media ilə qurduğumuz şəffaf münasibətlər prokurorluq orqanlarının cəmiyyət qarşısında hesabatlılığının və qarşılıqlı etimadın əsas təminatıdır”.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28