Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Türkiyə yeni fəaliyyət planı hazırlayır

Azərbaycan və Türkiyə yeni fəaliyyət planı hazırlayır

21.02.2026 [10:50]

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, iki ölkənin iş adamları arasında əlaqələrin koordinasiyası və birgə layihələrdə təşviqinin stimullaşdırılması istiqamətində öz səylərini artırmaq niyyətindədir. ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun sözlərinə görə, qurum bu sahədə öz dəstəyini vermək üçün biznes assosiasiyasıları, sahibkarlar və müxtəlif qurumlarla birgə təşviqedici addımlar atır.  Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə bildirib ki, iki qardaş ölkə arasında iqtisadi təmasların artması qarşılıqlı ticarət dövriyyəsinin də böyüməsini təmin etməkdədir. Hazırda ticarət dövriyyəsinin həcmi 8 milyard dollar təşkil edir. Əmtəə dövriyyənin artırılması və 15 milyard dollara çatdırılması əsas strateji hədəfdir. Növbəti mərhələdə isə əsas hədəf Azərbaycanla Azad Ticarət Sazişinin imzalanması və ticarət münasibətlərinin tam liberallaşdırılmasıdır. Bu məqsədlərə çatmaq üçün 10 maddəlik, ümumilikdə 210 bənddən ibarət fəaliyyət planı hazırlanıb.

Rəqəmsallaşma və texnologiya sahəsində yeni platforma

2024-cü ilin iyun ayında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” qüvvəyə minib və sənədə əsasən, iki qardaş ölkə arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da gücləndiriməsi nəzərdə tutulur. Saziş, həmçinin, Türkiyə şirkətlərinin azad ərazilərdə investisiya güzəştlərindən və stimullaşdırıcı iqtisadi alətlərdən istifadəsinə də geniş zəmin yaradır. Bu baxımdam türk sərmayəçilərinin fəallığını təşviq edən digər prefersial (güzəşt) xarakterli digər sənədlərin də hazırlanması nəzərdə tutulur.

Türkiyə və Azərbaycan münasibətləri təkcə enerji, neft, təbii qaz, infrastruktur yatırımları (tikinti sektoru) və nəqliyyat sahələri ilə məhdudlaşmır, yeni sahələrdə, o cümlədən texnoloji istiqamətlərdə və rəqəmsallaşmada birgə əməkdaşlıq imkanları dəyərləndirilir və platforma qurulur. İki ölkənin iş adamları və investorları rəqəmsallaşma və texnologiya sahəsində yeni layihələrin icrası üçün həm hökumətlərarası qruplar, həm də biznes icmaları vasitəsilə təkliflər də hazırlayaraq həyata keçirmək niyyətindədir.

“Sistem Global”ın fəaliyyəti süni intellekt sektoruna töhfə verəcək

Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tombalak Türkiyə və Azərbaycan texnologiya sektorunda rəqabət qabiliyyətini artırmaq üçün birgə ekosistem formalaşdırmalı və miqyas üstünlüyü yaratmalı olduğunu bildirib. Hazırda Türkiyədə informasiya və kommunikasiya texnologiyaları sektorunun ümumi həcmi 33 milyard dollar təşkil edir və TÜBİSAD ölkə bazarının 95 faizini təmsil edir. Məqsəd Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bu həcmi ikiqat artırmaqdır. Türkiyə təkcə öz bazarı ilə deyil, Türk dövlətləri ilə birlikdə 161 milyonluq əhaliyə xidmət potensialına malikdir.

Türkiyənin nüfuzlu rəqəmsal şirkətlərindən biri “Sistem Global”ın direktoru Yuliya Çimen bildirib ki,  yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına dəstək göstərəcəyik. Qeyd edib ki, şirkət müştəriləri ilə birlikdə qlobal miqyasda inkişaf edərək həm öz fəaliyyət marşrutunu beynəlxalq istiqamətə yönəldib, həm də qloballaşmaq istəyən şirkətlər üçün yol göstərən tərəfdaşa çevrilib. Rəqəmsallaşma dövründə məsləhət xidmətlərini texnologiya ilə birləşdirərək inteqrasiya olunmuş texnologiya ekosisteminə çevrilən şirkət Bakıda ofisini açmaqla Azərbaycanın süni texnologiyalar ekosisteminin imkanlarını artırmaqdır.

5 illik hədəf: İnvestisiyaları 30 milyard dollara yüksəltmək...

Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 16 milyard dollar təşkil edir. Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 20 milyard dollara bərabərdir. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan şirkəti çalışır ki, onların bu ölkəyə yönəltdiyi investisiyalar tikinti, nəqliyyat, enerji, neft-kimya, sənaye və digər sahələri əhatə edir. Türkiyənin isə Azərbaycanda isə 4 mindən çox şirkəti fəaliyyət göstərir ki, onların ölkəmizin iqtisadiyyatına yatırdığı sərmayələr maliyyə, bank, sığorta, rabitə, nəqliyyat, infrastruktur, sənaye, enerji, ticarət, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə cəmləşib.

Yaxın 5 ildə qarşılıqlı sərmayə qoyuluşlarının 2 dəfə artırılması, təkcə Türkiyə şirkətlərinin Azərbaycanda yatırdığı investisiyaların həcminin 30 milyard dollara çatdırılması gözlənilir. Yeni investisiyaların əsas sahələri azad ərazilərdəki aqrar-sənaye, turizm, “yaşıl enerji”, mədənçıxarma və yüngül sənaye sektorları olacaq. Eləcə də, tərəflər müasir nəqliyyat-tranzit imkanlarını, regional və qlobal layihələri, o cümlədən Orta Dəhlizin logistik potensialını dəyərləndirərək  qarşılıqlı infrastruktur quruculuğunda da faydalı əməkdaşlığı genişləndirir. Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlər sürətlə davam etdirilir. Zəngəzur dəhlizi ilə birləşəcək bu layihə beynəlxalq daşımalar üçün tranzit imkanlarını genişləndirməklə Türkiyə və Azərbaycanın birgə əmtəə mübadilələrinin də artmasına mühüm töhfə verəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28