Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yeni dünya nizamına transformasiya: Azərbaycan hazırlıqlı və perspektivli aktor kimi

Yeni dünya nizamına transformasiya: Azərbaycan hazırlıqlı və perspektivli aktor kimi

21.02.2026 [07:25]

Avrasiyanın önəmli bölgələrindən biri kimi son illərdə yüksələn geosiyasi dinamikaya malik Cənubi Qafqazda artıq yeni strateji era başlanıb. Öz ərazi bütövlüyü və mütləq suverenliyinə nail olan Azərbaycanın sülh diplomatiyası regional sabitlik, təhlükəsizlik və işbirliyinə istiqamətlənməklə yanaşı, aktual çağırışlar, xüsusilə də beynəlxalq təhlükəsizlik məsələləri fonunda olduqca mühüm əhəmiyyət kəsb edir.

Geosiyasi iradə: güc mərkəzləri vahid coğrafi məkanda...

Bu gün artıq geopolitikada coğrafi cəhətlər şərti xarakter daşıyır - dünyanın şərqi, qərbi yox, mərkəzi və kənar - ətrafı mövcuddur. Mürəkkəb qlobal kataklizmlərin mövcud olduğu dönəm və şəraitdə fərqli maraqlara sahib olan, hətta bir-biri ilə geosiyasi qarşıdurma vəziyyətindəki müxtəlif güc mərkəzlərinin maraqlarını vahid coğrafi məkanda uzlaşdırmaq siyasi iradə tələb edir ki, Azərbaycan buna milli mənafelərə və beynəlxalq hüquq normalarına əsaslanan praqmatik, çoxvektorlu xarici siyasət kursu həyata keçirməklə nail olub.

Sülh naminə müharibə: konfrontasiyadan inteqrasiyaya

Sülh naminə müharibənin çağdaş geopolitikanın zəruri şərti - strateji oyun qaydalarından biri olduğunu təsdiqləyən ölkəmiz bölgədəki geosiyasi mənzərəni ədavətdən ədalətə, yəni işğal faktından qaynaqlanan hərbi-strateji qarşıdurmadan ədalətli nizama doğru dəyişməklə regionda bütün tərəflərin maraqlarının təmin oluna biləcəyi beynəlxalq dialoq və əməkdaşlıq mühiti yaratmış oldu.

Bu günlərdə istər Münxen Təhlükəsizlik Konfransı, istərsə də Vaşinqtonda Sülh Şurasının ilk iclasında uzun müddət müharibə və münaqişə zonası kimi qeyri-müəyyənlik vəziyyətində olan Cənubi Qafqazın parlaq perspektivlərə malik regiona - geosiyasi cazibə mərkəzinə çevrilməsi və konfrontasiyadan inteqrasiya mərhələsinə transformasiya olunmasının xüsusi vurğulanması bu reallığın təsdiqidir.

Müharibə cəsarət, barış isə iradə tələb edir

Müharibə cəsarət, barış isə iradə tələb edir. Ötən il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən Birgə Bəyannamənin imzalanması ölkəmizin prinsipal mövqeyinin nəticəsi və növbəti diplomatik nailiyyətidir. Bu, sülh prosesinin irəliyə aparılması baxımından böyük dəyərə malik olmaqla postmüharibə dövründə regionda yeni tarixi dönəmin başlanmasını şərtləndirib.

Sülh quruculuğu: konstruktiv siyasət, unikal model

Ölkəmizin regional miqyaslı, qlobal xarakterli təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. İkiqütblü dünya nizamının sıradan çıxmasından sonra, yəni ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlindən bugünədək Cənubi Qafqazda de-fakto müharibə vəziyyəti hökm sürüb ki, Azərbaycanın ilk dəfə olaraq regionda qeyri-müharibə şəraitini təmin etməsi tarixi önəmə malikdir.

Digər tərəfdən, ölkəmiz hazırda müxtəlif münaqişəli tərəflər arasında etibarlı diplomatik körpü rolunda barışdırıcı missiya həyata keçirir.

Bütün bunlar geosiyasi kataklizmlərə hazırlıqlı və perspektivli ölkə Azərbaycanın yeni dünya düzəninə keçid prosesinin institusional əsaslarından olan mühüm bir platformada - Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməsini şərtləndirən çox mühüm faktorlar olmaqla bərabər, sülh quruculuğunun beynəlxalq səviyyədə unikal təcrübə və konstruktiv model kimi təqdir olunduğunu göstərir.

Nurlan QƏLƏNDƏRLİ,

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının

İnformasiya texnologiyaları və ictimaiyyətlə

əlaqələr şöbəsinin müdiri

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28