Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Gəncə şəhər təşkilatının veteran üzvünün 75 illik yubileyi qeyd olunub

YAP Gəncə şəhər təşkilatının veteran üzvünün 75 illik yubileyi qeyd olunub

02.03.2026 [14:33]

YAP Gəncə şəhər təşkilatında partiya veteranlarının yubileyinin qeyd olunması artıq ənənə halını alıb.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və təşkilatın əməkdaşları 75 yaşlı partiya veteranı Süleymanova Anya İbrahim qızının evində qonaq olub, yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, xoş günlər arzulayıblar.

Anya Süleymanova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında çalışmaqdan qürur hissi keçirdiyini qeyd edib. Dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına daim sadiq olduğunu qeyd edən partiya veteranı göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Sonda partiya veteranı Anya Süleymanovaya Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin təbliğində xüsusi xidmətlərinə, təşkilatın ictimai-siyasi həyatında fəal iştirakı, 75 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30