Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kaya Kallas xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rolunu təqdir edib

Kaya Kallas xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın rolunu təqdir edib

02.03.2026 [16:12]

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı bölgədə artmaqda olan hərbi gərginlik və eskalasiya nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər qarşıdurma nəticəsində bölgədə yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30