“Köhnə qitə” təhlükəsizliyini necə qoruyacaq?
18.04.2026 [09:35]
ABŞ Avropaya silah satışını dayandırıb
ABŞ İran problemi ilə bağlı Avropa İttifaqı ölkələrinə silah tədarükünü təxirə salıb. Vaşinqton bəzi Avropa liderlərini İrandakı əməliyyat səbəbindən silah tədarükündə yaranan gecikmələr barədə məlumatlandırıb. “Reuters” agentliyi mənbələrinə istinadla yaydığı məlumata görə, gecikmələr Baltikyanı ölkələr və Skandinaviya regionu da daxil olmaqla bir sıra Aİ dövlətlərinə təsir edəcək. Agentliyin məlumatında bildirilir ki, ABŞ rəsmiləri yazışmalarda İrandakı münaqişənin ölkənin hərbi arsenalına ciddi təsir göstərdiyini qeyd edərək, bu səbəbdən əvvəllər imzalanmış müqavilələr üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsində çətinliklər yarandığını vurğulayıblar. Ağ Ev rəsmiləri Yaxın Şərqdə davam edən münaqişənin ABŞ müdafiə sənayesinin artan tələbatı qarşılamaq imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdırlar. Bu səbəbdən bəzi ölkələrə silah tədarükünün azaldılması ehtimalı nəzərdən keçirilir.
Tramp Avropanı niyə hədələmişdi?
Xatırladaq ki, İranla müharibənin aktiv fazasında ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün koalisiyaya qoşulmaqdan imtina edəcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələmişdi. Tramp ötən ay NATO-nun hərbi dəniz qüvvələrindən boğaz vasitəsilə gəmiçiliyin bərpasında ona kömək olunmasını tələb edib, lakin münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirən Avropa liderlərindən rədd cavabı alıb. Mənbələrin məlumatına görə, ABŞ lideri cavab olaraq Aİ ölkələri tərəfindən maliyyələşdirilən və NATO-nun Ukrayna üçün silah alışı proqramı olan PURL çərçivəsində tədarükləri dayandıracağı ilə hədələyib. Tramp ABŞ-ın İrana qarşı müharibəsinə kömək etmək üçün daha çox iş görmədiklərinə görə Avropa müttəfiqlərindən dəfələrlə narazılığını bildirib, eyni zamanda, Rusiya-Ukrayna münaqişəsini Vaşinqtonun deyil, Avropanın problemi adlandırıb.
Məlumdur ki, NATO çərçivəsində əsas hərbi yük ABŞ-ın üzərinə düşür. İndiyədək Vaşinqton alyansın hərbi xərclərinin 70 faizini qarşılayıb. Avropaya silah tədarükünün uzunmüddətli təxirə salınması isə bu ölkələrin təhlükəsizliyinə təhdid yarada bilər. Digər tərəfdən, Avropa ölkələri ABŞ-dan silahları Kiyevə dəstək məqsədi ilə də alır. Çünki Avropa Ukraynanın təhlükəsizliyinə öz təhlükəsizliyi kimi yanaşır. Vaşinqtonun Aİ-yə silah tədarükünü təxirə salması Trampın hədələrinin göstəricisi sayıla bilər. Silah tədarükünün təxirə salınması isə Ukraynanı döyüş meydanında çətinliklərlə qarşı-qarşıya qoyur. Təsadüfi deyil ki, ötən sutka ərzində Rusiya ordusu Ukraynaya növbəti şiddətli hücumunu edib.
Rusiyanın hücumları şiddətlənir
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya ötən sutka ərzində yüzlərlə hava hədəfi - dron və raketlərlə Ukraynaya hücum edib. Hücumlar zamanı 26 obyektə zərbələr endirilib, bir neçə şəhərdə ölüm və yaralanma faktları qeydə alınıb. Ən böyük ziyan isə Kiyev, Dnepr və Odessa şəhərlərinə vurulub. Ölkə ərazisində 703 hava hədəfi (44 raket, 659 dron) qeydə alınıb, onlardan 667-si məhv edilib. Kiyevdə 4 ölüm (bir uşaq da daxil olmaqla), 58 yaralanma faktı qeydə alınıb. Onlarla yaşayış binası və mülki obyektə ziyan dəyib, ən böyük dağıntılar isə Podolsk və Obolon rayonlarında baş verib.
Dnepr və Dnepropetrovsk bölgəsində 3 ölüm və 34 yaralanma faktı qeydə alınıb, şəhər daxilində dağıntılar baş verib, həmçinin mülki şəxslər yaralanıb, onların bəzilərinin vəziyyəti ağırdır. Odessada isə azı 8 ölüm və 16 yaralanma faktı qeydə alınıb, mənzillərə və infrastruktura ciddi ziyan dəyib, yanğınlar baş verib və evlər dağılıb. Xarkovda isə iki nəfər yaralanıb. Burada bir neçə məhəlləyə, evlərə, avtomobillərə və qaz xətlərinə ziyan dəyib.
NATO Kiyevə 60 milyard dollar həcmində hərbi yardım edəcək
Belə bir şəraitdə NATO Avropa İttifaqının kreditinə əlavə olaraq Ukraynaya 60 milyard dollar hərbi yardım verəcək. Bu barədə NATO-nun Baş katibi Mark R?tte Berlində Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında bildirib. Qeyd olunub ki, NATO dövlətlərindən bu vəsaitlər 2026-cı ildə daxil olacaq. Onun sözlərinə görə, maliyyələşdirmədə prioritet hava hücumundan müdafiəyə, dronlara və uzaqmənzilli döyüş sursatlarına veriləcək. Baş katib, həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya dəstək xərclərinin qeyri-mütənasib bölüşdürülməsinə diqqət yetirib: “Bu, həqiqətən də problemdir: az ölkə həddindən artıq böyük yük daşıyır və biz bu məsələni həll etməliyik. Ukraynanın mübarizəsinə dəstək heç vaxt olmadığı qədər vacibdir”.
Böyük Britaniya da Ukraynaya dəstəyini gücləndirmək məqsədilə milyonlarla funt sterlinq dəyərində yeni yardım paketi elan edib. Maliyyə naziri Reyçel Rivz Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüş öncəsi 752 milyon funt sterlinq məbləğində ödənişi təsdiqləyib. Bu vəsait ümumilikdə 3,36 milyard funtluq kredit paketinin bir hissəsidir. Ayrılan maliyyə Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün uzunmənzilli raketlər, qabaqcıl hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları kimi vacib hərbi texnikanın alınmasına yönəldiləcək.
Eyni zamanda, müdafiə naziri Con Hili Ukrayna üzrə Müdafiə Əlaqə Qrupu çərçivəsində ölkəyə indiyədək ən böyük pilotsuz uçuş aparatları paketini təqdim edəcək. Bu təşəbbüs çərçivəsində Ukraynaya 120 min ədəd dron göndəriləcək. Paketə uzunmənzilli zərbə imkanlarına malik dronlar, kəşfiyyat vasitələri, logistika dəstəyi və dəniz dronları daxildir. Bu dronların əhəmiyyətli hissəsi Böyük Britaniyada istehsal olunacaq. Böyük Britaniya hökumətinin yaydığı açıqlamada deyilir: “Böyük Britaniya tərəfindən indiyə qədər təqdim edilən ən böyük yeni paketə minlərlə uzaqmənzilli zərbə dronları, kəşfiyyat və müşahidə dronları, logistika dronları və dəniz aktivləri daxil olacaq ki, bunların hamısı artıq Ukraynada cəbhə xəttində döyüş sınaqlarından keçirilib”. London bəyan edib ki, yeni dronların tədarükünə aprel ayında başlanılıb. Böyük Britaniya hökuməti vurğulayıb ki, bu silahların Böyük Britaniyada yerləşən “Tekever”, “Windracers” və “Malloy Aeronautics” müəssisələrində istehsalı yeni iş yerlərinin yaradılmasına kömək edəcək.
Niderland da Ukraynaya silah tədarük edəcək. Bu ölkəyə səfəri zamanı Ukrayna Prezidenti Zelenski Krallığın Baş naziri Rob Yettenlə görüşündə ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə ediblər. “Ukrayna Niderlanda təhlükəsizlik sahəsində xüsusi tərəfdaşlıq sazişi formatını - bizim “Drone Deal”i təklif edib. Bu, səmanın qorunması üçün bütün imkanların kompleks inkişafına aiddir: raketlərdən, dronlardan müdafiə, REM-in (Radioelektron mübarizə) inkişafı, birgə silah istehsalı. Biz komandalara bütün detalları işləyib hazırlamaq tapşırığını verdik və bu işin başlanması haqqında sənədləri - həm “Drone Deal”, həm də məhz Niderlandla ilk birgə istehsal üzrə sənədləri imzaladıq”, - deyə Zelenski vurğulayıb. Onun sözlərinə görə, Niderland Ukrayna Silahlı Qüvvələrinə dronlar üçün 200 milyon avrodan çox vəsait ayırıb.
Norveç isə Ukraynaya dronların verilməsi üçün 500 milyon dollardan çox, Ukrayna logistikasının dəstəklənməsi üçün isə 150 milyon dollar ayıracaq. Belçikanın Kiyevə ayırdığı hərbi yardım paketinin dəyəri isə 1,1 milyard dollar həcmindədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15

