/ / Fransa və Böyük Britaniya ticarət gəmilərini qorumaq üçün çoxmillətli missiyanın yaradıldığını elan edib
Fransa və Böyük Britaniya ticarət gəmilərini qorumaq üçün çoxmillətli missiyanın yaradıldığını elan edib
18.04.2026 [18:39]
Fransanın Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyanat verərək beynəlxalq ictimaiyyətin gəmilərin sərbəst hərəkətini təmin etmək iradəsinin olduğunu bildiriblər.
AZƏRTAC xəbər verir ki, Fransa və Böyük Britaniya 51 ölkənin qatıldığı beynəlxalq sammitin yekununda Hörmüz boğazının dərhal, şərtsiz və məhdudiyyətsiz açılmasına çağırıb. Sammit dəniz təhlükəsizliyi və qlobal enerji sabitliyi mövzusuna həsr olunub.
Birgə bəyanatda Makron və Starmer beynəlxalq hüququn qorunması, iqtisadi sabitliyin təminatı və gəmilərin sərbəst hərəkətinin təmin edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin qərarlılığını vurğulayıblar.
Liderlər münaqişənin diplomatik həllinə üstünlük verilməsini qeyd edərək “diplomatiya önəmli olmalıdır” deyiblər. Həmçinin Hörmüz boğazının yenidən açılmasını alqışlayaraq, bunun davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.
Onlar, həmçinin Beynəlxalq Dəniz Təşkilatının dənizçilərin və gəmilərin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş səylərini dəstəklədiklərini vurğulayıblar və dəniz sektoru ilə əməkdaşlığı davam etdirərək fəaliyyətin tez bir zamanda bərpasına imkan verəcəklərini bildiriblər.
Bundan başqa, Fransa və Böyük Britaniya müstəqil və tamamilə müdafiə xarakterli çoxmillətli missiyanın yaradıldığını elan edib. Missiyanın məqsədi ticarət gəmilərini qorumaq, kommersiya operatorlarını əmin etmək və davamlı atəşkəs təmin olunduqdan sonra minaların təmizlənməsi əməliyyatlarını həyata keçirməkdir.
Hər iki ölkə missiyanın beynəlxalq hüquqa uyğun və maraqlı dövlətlərlə məsləhətləşərək fəaliyyət göstərəcəyini vurğulayıb və qlobal ticarətin sərbəst hərəkəti ilə maraqlanan bütün ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıb.
Bu istiqamətdə növbəti görüşün Böyük Britaniyada keçiriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

