Qadınlar sülh naminə birləşirlər
21.04.2026 [11:30]
Müharibələr dəhşətli faciələr, qan-qada, ölüm-itim, aclıq, səfalət deməkdir. Bundan ən çox təsirlənən isə cəmiyyətlərin daha həssas təbəqəsi sayılan qadınlardır. Buna görə də zəriflik simvolu olan qadınlar müharibələr zamanı sülh naminə birləşərək əmin-amanlığa, həmrəyliyə çağırışlar edirlər.
Dünyada qadınların əvəzsis sülh missiyası yerinə yetirdiklərini bu günlərdə böyük uğurla keçən V Antalya Diplomatiya Forumu bir daha təsdiqlədi. Forum çərçivəsində “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
BMT həyəcan təbili çalır
Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən tədbir Fələstinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. Uzun illər davam edən regional gərginlik Fələstində humanitar sahəyə, o cümlədən uşaqların həyatına, təhsil sisteminə ciddi xələl gətirib. 2023-cü ilin payızında Qəzza zolağında başlayan hərbi əməliyyatlar zamanı bölgədə bir insanlıq faciəsi yaşanıb - müharibə 70 mindən çox insanın həyatına son qoyub, yaşayış məntəqələri, mülki infrastruktur tamamilə dağıdılıb, yüz minlərlə dinc sakinin ən zəruri ehtiyaclarının ödənilməsində böyük çətinliklər yaranıb.
Uşaqların vəziyyəti daha acınacaqlıdır. Fələstin Təhsil və Ali Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, hərbi əməliyyatlar nəticəsində 17 mindən çox məktəbyaşlı uşaq həyatla vidalaşıb. Hava zərbələri və dağıntılar nəticəsində yaralananların sayı isə 26 mini ötüb. Paralel şəkildə, İordan çayının qərb sahilində, Fələstin Muxtariyyətinin nəzarətində olan ərazilərdə baş verən silahlı münaqişələr nəticəsində onlarla yeniyetmə həlak olub və yaxud yaralanıb.
Eyni zamanda, çoxlu sayda təhsil müəssisəsi tamamilə və yaxud qismən dağıdılıb. Yaranmış vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatı (BMT) həyəcan təbili çalır. BMT-nin təhsil hüququ üzrə xüsusi məruzəçisi Fəridə Şahid bildirib ki, “Qəzzada məktəblərin 90 faizindən çoxu tamamilə və ya qismən dağıdılıb və artıq istifadəyə yararlı deyil.
Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, qızı Leyla Əliyevanın qatıldıqları panel müzakirəsində çıxış edənlər müharibənin təsirlərinə məruz qalan uşaqlar üçün təhlükəsiz təhsil mühitinin bərpası, dəstək mexanizmlərinin gücləndirilməsi və təhsildə davamlılığın təmin edilməsinin regionun gələcəyi üçün strateji əhəmiyyət daşıdığını bildiriblər.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək, tədbirdə veriləcək mesajların dünyanın müxtəlif bölgələrində baş verən müharibələrin qurbanı olan uşaqlar üçün yeni bir həyatın ümid işığı olacağına əminliyini vurğulayıb. O, uşaqların və gənclərin bir millətin ümidi və sabahı olduğunu deyərək, zorakılığı təşviq edən ən xırda amillə belə qətiyyətlə mübarizə aparmağın mühüm roluna toxunub.
Azərbaycan biganə qalmır
Azərbaycan müharibənin fəsadlarını yaşayan ölkədir. Ermənistanın otuz il davam edən təcəvüzkarlıq siyasəti nəticəsində doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalan bir milyondan çox soydaşımız yarımçıq tikililərdə, vaqonlarda, çadırlarda məskunlaşıblar və sözün əsl mənasında humanitar böhran yaşayıblar. Buna görə də xalqımız Fələstinin üzləşdiyi çətinliklərə, Qəzzada baş verənlərə biganə qalmır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2023-cü il noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının Türkiyədə baş tutan “Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına ünvanladığı müraciətində uzun illər boyunca davam edən regional münaqişədən ciddi narahatlığını ifadə edərək vurğulayıb: “İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsi və daha böyük insan faciəsinə səbəb olması ciddi narahatlıq doğurur. Ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır. Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür. Hərbi əməliyyatların aparılması zamanı beynəlxalq humanitar hüquqa riayət edilməsi zəruridir”.
Mehriban xanım Əliyevanın vurğu etdiyi kimi, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin məsələsinə daim diqqət ayırıb. 2023-cü ildə Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafında mühüm rol oynayır.
Bütövlükdə son on il ərzində ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərib. Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək mümkündür. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Bundan başqa, ölkəmizin vəsaiti hesabına Fələstinin Nablus şəhərində 600 şagirdlik yerlik məktəbin inşası reallaşacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

