Avropanın və Yaxın Şərqin “boğaz”ından tutan Hörmüz
27.04.2026 [21:19]
Hörmüz boğazının çıxışını İran, girişini isə ABŞ bağlayıb və hər iki tərəf özünün iddiasını irəli sürərək geosiyasi ambisiyasını reallaşdırmağa çalışır. Həm İran, həm də ABŞ Hörmüzdən bir vasitə kimi istifadə edirlər.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti D. Trampın blokadasının mənası ondan ibarətdir ki, neft təchizatından əziyyət çəkən Avropanı Amerikanın İrana qarşı hərbi kampaniyasına qoşsun. Lakin Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsindən kifayət qədər zərərə düşüb və ikinci müharibənin zərərinin ağırlığını çəkə bilməz.
Eyni ambisiyanı İran da reallaşdırmağa çalışır və hədəfindəkilər Yaxın Şərq dövlətləridir. Bu dövlətlər Hörmüz boğazından neft ixrac edərək dünya bazarının neftə olan tələbatının 20, qaza olan tələbatının isə 30 faizini ödəyirlər. İranın müharibə zamanı Yaxın Şərq ölkələrinin (Səudiyyə ərəbistanı, Küveyt, Qətər) neft infrastrukturunu bombalaması onun əlacsızlığından irəli gəlmirdi və təsadüfi xarakter daşımırdı. Əgər ABŞ Avropaya təzyiq edib “qoca qitənin” dövlətlərini İrana qarşı yönəltməyə çalışırsa, eyni üsulla (Hörmüz boğazını bağlamaqla) İran da həm Avropa, həm də Yaxın Şərq dövlətlərinə təzyiq edib, onları ABŞ-yə qarşı yönəltməyə çalışır.
Hörmüzün bağlı qalması təkcə neftin qiymətini deyil, ABŞ-də, Avropada bütün istehlak mallarının bahalaşmasına, inflyasiyanın artmasına səbəb olub.
İran bombalanaraq dağıdıldı, Avropa və ABŞ iqtisadi çətinliyə düşdü, Çin enerjidaşıyıcılarını baha qiymətə almaq məcburiyyətində qaldı və nəhayət adıçəkilən qitə və dövlətlərdə ictimai-siyasi narazılıq tərəfləri danışıqlara başlamağa vadar etdi.
İlk 2 görüş İslamabadda keçirilərək nəticəsiz qalsa da, D. Trampın elan etdiyi atəşkəs rejimi pozulmadı. Çünki hərbi əməliyyatlar dövlətlər üçün böyük problemə çevrilib. Qarşılıqlı ittihamların kəskin olmasına baxmayaraq İran ilə ABŞ yenidən danışıqlara başlamaq istəklərini ifadə edirlər. Danışıqların baş tutacağını, əgər baş tutsa necə nəticələcəyini zaman göstərəcək. Hələlik isə Hörmüz boğazının blokadası neftin qiymətini yüksək saxlayır.
Dünyanın tanınmış “Goldman Socks” bankının analitikləri hesab edir ki, dünya bazarınının neft təchizatı 57 faiz aşağı düşüb, Yaxın Şərq ölkələrində neft hasilatı 14,5 milyon barel azalıb. Hörmüz boğazı nə qədər təhlükəli, bağlı qalarsa neft hasilatı və təchizatı da o qədər azalacaq. Sonradan bunları bərpa etmək üçün illər lazım gələcək.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

