Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moskva Berlinə etirazını bildirib

Moskva Berlinə etirazını bildirib

27.04.2026 [20:32]

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf Rusiya XİN-ə çağırılıb və ona Moskvanın qəti etirazı bildirilib.

AZƏRTAC Rusiya XİN-ə istinadla xəbər verir ki, səfirin çağırılması səbəbi Kiyevdə Bundestaqın deputatı Roderix Kizevetterin Rusiyanın terror təşkilatı elan etdiyi “İçkeriya Çeçen Respublikası”nın rəhbəri Axmed Zakayev ilə görüş keçirməsi olub.

Qeyd olunur ki, Rusiya tərəfi Almaniyaya hakimiyyət nümayəndələrinin terror strukturları ilə əlaqəli olan şəxslərlə təmaslarının yolverilməz olduğu barədə xəbərdarlıq edib və vurğulayıb ki, bu cür hərəkətlər düşmənçilik kimi qiymətləndirilir, həmçinin cavabsız qalmayacaq.

TASS agentliyinin məlumatına görə, Aleksander Lambsdorf RF XİN-də təqribən 40 dəqiqə olub və binanı mətbuata şərh vermədən tərk edib.

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31