Qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan əməkdaşlıq
27.04.2026 [14:19]
Azərbaycanın xarici siyasətində dünyanın demokratik və sülhpərvər ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet təşkil edir. Ölkəmizin dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğu dövlətlər içərisində Ukraynanın xüsusi yeri vardır və Azərbaycan-Ukrayna əlaqələri qarşılıqlı etimada və ortaq maraqların qorunmasına əsaslanır.
Bu baxımdan 2026-cı il aprelin 25-də Ukyayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir. Səfər çərçivəsində hər iki ölkə liderinin görüşü, səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycan-Ukrayna əlaqələrinin mahiyyəti, qarşılıqlı hörmət və dövlət maraqlarına əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi.
Ölkələrimiz arasında baş tutan qarşılıqlı səfərlər Azərbaycan-Ukrayna münasibətlərinin strateji xarakter daşıdığını və gələcəkdə daha da inkişaf edəcəyini göstərir. Azərbaycan və Ukrayna qarşılıqlı münasibətləri daha da dərinləşdirmək, əməkdaşlığı genişləndirməkdə maraqlıdır və hər iki ölkə bunun üçün geniş potensiala malikdir.
Bu səfər çərçivəsində aparılan müzakirələr siyasi dialoqun intensivləşməsinə, iqtisadi-ticari əlaqələrin genişlənməsinə və humanitar sahədə əməkdaşlığın güclənməsinə mühüm töhfə verdi və birgə bəyanatlarda səsləndirilən fikirlər mühüm məqamlarla yadda qaldı.
Dövlət başçılarının görüşü zamanı Prezident İlham Əliyev iki ölkə arasında siyasi dialoqun davamlılığını, imzalanmış strateji sənədlərin əhəmiyyətini və qarşılıqlı səfərlərin münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayaraq qeyd etdi ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq suverenlik və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi bu münasibətlərin əsasını təşkil edir. Görüşdə Prezident İlham Əliyevin “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək” söyləməsi Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı etimad zəminində daha da yüksələcəyini göstərir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Azərbaycanın müharibə dövründə göstərdiyi humanitar və enerji sahəsindəki dəstəyini yüksək qiymətləndirərək bildirdi ki, humanitar yardımlar, enerji təminatı və sosial dəstək tədbirləri iki ölkə arasında əməkdaşlığın real və səmərəli xarakter daşıdığını nümayiş etdirir. Bununla yanaşı, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də xüsusi vurğulandı.
Xüsusi qeyd etməliyik ki, Azərbaycan və Ukrayna arasındakı münasibətlər son illərdə ardıcıl olaraq yüksələn xətlə inkişaf edərək dostluq və strateji əməkdaşlıq mühitində daha da möhkəmlənmişdir. Bu gün hər iki ölkə arasında siyasi dialoq fəal şəkildə davam edir, iqtisadi əlaqələr genişlənir, ticarət və enerji sahələrində yeni əməkdaşlıq imkanları formalaşır. Humanitar və mədəni sahələrdə qarşılıqlı əlaqələr isə xalqlar arasında dostluğun dərinləşməsinə xidmət edir. Beynəlxalq münasibətlər sistemində Azərbaycan və Ukrayna bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət yürüdür.
Səfər zamanı Ukrayna Prezidentinin səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan-Ukrayna münasibətləri diplomatik müstəvidə, eləcə də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı maraqlara əsaslanaraq inkişaf etdiyini göstərdi. Volodimir Zelenskinin Prezident İlham Əliyevə müraciət edərək mövcud münaqişə ilə bağlı danışıqların Azərbaycanda aparılması təklifini səsləndirməsi isə ölkəmizə və onun liderinə göstərilən yüksək etimad və hörmətin bariz ifadəsi kimi yadda qaldı.
Dövlət suverenliyinə hörmət, milli maraqlara sadiqlik, liderlər arasında qarşılıqlı etimad və iqtisadi inkişafın praqmatik modeli bu gün Azərbaycan-Ukrayna tərəfdaşlığının əsas sütunlarını təşkil edir və mövcud əməkdaşlıq formatları gələcəkdə bu əlaqələrin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

