May ayına olan hava proqnozu açıqlanıb
29.04.2026 [17:06]
May ayında havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.
Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18–20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12–17, gündüzlər 20–25, bəzi günlərdə isə 27–32 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18–21 millimetr).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18–22 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16, gündüzlər 20–25, bəzi günlərdə 30–35 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (33–62 millimetr).
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14–18 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7–12, gündüzlər 15–20, bəzi günlərdə 25–30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68–122 millimetr).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14–18 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7–12, gündüzlər 15–20, bəzi günlərdə 25–30 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (52–103 millimetr).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18–21 dərəcə təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17, gündüzlər 23–28, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30–35 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43–67 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16–19 dərəcə olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16, gündüzlər 20–25, bəzi günlərdə 28–33, dağlarda isə gecə 3–8, gündüz 15–20 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal edilir (26–166 millimetr).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19–22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13–18, gündüzlər 22–27, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33–38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fərqlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17–20 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17, gündüzlər 21–26, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29–34 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fərqlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 millimetr).
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

