Tovuzda müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib
05.05.2026 [23:54]
Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müəllimlər arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilmişdir.
Yarış Tovuz rayon Nizami adına Mədəniyyət Evində baş tutmuşdur.
Tədbirdən əvvəl iştirakçılar Tovuz şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra yarışın açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aparıcı tərəfindən tədbir açıq elan olunaraq Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlər xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Ulu Öndər hər zaman təhsilin inkişafına, gənclərin savadlı, vətənpərvər və intellektual cəhətdən yetkin formalaşmasına böyük önəm vermişdir. Bildirilmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən gənclər və təhsil siyasətinin əsasında məhz Heydər Əliyev ideyaları dayanır və bu kimi intellektual yarışların təşkili həmin siyasətin uğurlu davamı kimi mühüm əhəmiyyət kəsb edir.
Tədbir çərçivəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “LA” rəsm kursunun şagirdləri yarış müddətində Ulu Öndər Heydər Əliyevin portretlərini əks etdirən rəsm işləri təqdim etmişlər.
Yarışda YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, eləcə də digər rəsmi şəxslər iştirak etmişlər.
Yarışda ümumilikdə 21 komanda üzrə 105 nəfər müəllim iştirak etmişdir. İlk raundda iştirakçılara 20 sual ünvanlanmış, nəticələrə əsasən 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanmış, yarımfinal mərhələsinin yekununda isə 4 komanda finala yüksəlmişdir.
Final mərhələsi “Xəmsə” televiziya oyununun formatına uyğun şəkildə təşkil olunmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən I yerə Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta ümumtəhsil məktəbinin “Alpaqut” komandası, II yerə Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta ümumtəhsil məktəbinin “Flaqman” komandası, III yerə isə Tovuz rayonu Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülmüşdür.
Təltiflərdən sonra YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək qalibləri təbrik etmiş, təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirmişdir.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kuboklarla təltif edilmiş, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

