Daha 3 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna alınıb
08.05.2026 [21:22]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində rəqəmsal xidmət təqdim edən xarici şirkətlərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması prosesi davam etdirilir. Cari ildə daha 3 beynəlxalq şirkət elektron qaydada DVX-nin portalında vergi uçotuna alınıb.
DVX-dən AZƏRTAC-a bildirilib ki, bunlar İsveçrənin “Epic Games Commerce GmbH”, Almaniyanın “Contabo GmbH” və ABŞ-nin “Chess.com LLC” şirkətləridir. Bununla da elektron qaydada vergi uçotuna alınmış rəqəmsal xidmət təqdim edən qeyri-rezidentlərin sayı 10-a çatıb. Bu isə həmin şirkətlərdən xidmət alan fiziki şəxslər üçün əlavə ƏDV tutulmasının aradan qaldırılması deməkdir. Belə ki, Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə əsasən, həmin şirkətlərə edilən ödənişlər zamanı vətəndaşların vəsaiti hesabına banklar tərəfindən əlavə ƏDV məbləği artıq hesablanmır.
Qeyd edək ki, qeyri-rezident şirkətlərin ƏDV qeydiyyatına alınması ötən ildən başlayaraq Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış xüsusi portal vasitəsilə həyata keçirilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış portalın əsas məqsədi elektron ticarət xidməti göstərən transmilli şirkətlər üçün məsafədən və sadələşdirilmiş uçot imkanlarının yaradılması, onların fəaliyyət göstərdikləri və iqtisadi dəyər formalaşdırdıqları ölkədə yaranan ƏDV öhdəliklərinin bəyan edilməsini və ödənilməsini təmin etməkdir.
DVX tərəfindən bu prosesin davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Görülən işlər rəqəmsal xidmətlər üzrə vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

