/ / Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil olunub
Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə konsert proqramı təşkil olunub
10.05.2026 [20:56]
Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, çoxsaylı YAP fəalları, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzülərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiram bildirilib. Eyni zamanda Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ziyarət olunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara, həmçinin kitab sərgisinə, yeniyetmə və gənclərin əl işlərinə baxış da keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Ümumrayon toplantısını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov açaraq Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məruzə ilə çıxış edib. İcra başçısı Orxan Abbasov məruzəsində Ümummilli Liderin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması və möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən bəhs edib. Ulu Öndərin alternativi olmayan düşünülmüş daxili və xarici siyasətinin onun layiqli siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və həmin siyasi kursun Azərbaycanın sabitliyinin, inkişafının və beynəlxalq nüfuzunun daha da güclənməsinin əsas təminatı olduğunu vurğulayıb.
Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, məhz Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanılmış, sözün əsl mənasında iqtisadi və siyasi sabitlik təmin olunmuşdur.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Xudiyeva isə diqqətə çatdırıb ki, Ulu Öndərin təhsilə göstərdiyi xüsusi qayğı nəticəsində ölkəmizdə savadlı, vətənpərvər gənc nəslin formalaşması üçün möhkəm zəmin yaranmışdır. Bu gün Azərbaycan gəncliyi həmin işıqlı ideyalar əsasında yetişərək dövlətimizin gələcək inkişafında fəal rol oynayır.
Sonra Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin “Mədəniyyət və incəsənət” şöbəsinin bədii rəhbəri Anar Əsgərov olan Qəmbər Hüseynli adına İnstrumental Ansamblın Ulu Öndər Heydər Əliyevin sevimli mahnı və musiqilərindən ibarət konsert proqramı təqdim olunub. İncəsənət kollektivinin ifasında musiqi nömrələri alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

