/ / Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi
10.05.2026 [20:04]
Şəmkirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rayon ictimaiyyəti tərəfindən Ümummilli Liderin abidəsi ziyarət olundu, ümumrayon tədbiri keçirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, İcra Hakimiyyətinin, eyni zamanda YAP Şəmkir rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən “Memarlıqda əbədiləşən imza” adlı ümumrayon tədbirində isə əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış keçirildi.
Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himnimiz səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın formalaşdırılmasını əsas prioritetlər kimi müəyyənləşdirərək ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını yaradıb.
Rayon təşkilatının sədri qeyd etdi ki, müstəsna xidmətləri ilə xalqın yaddaşında əbədi iz qoyan Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsi hər bir azərbaycanlı üçün əsl örnək məktəbidir: “Azərbaycan xalqı ötən dövrə nəzər saldıqda Ulu Öndərin rəhbərliyi ilə əldə olunmuş mühüm tarixi nailiyyətlərin şahidi olur. Heydər Əliyev Azərbaycanın taleyini dəyişən nadir şəxsiyyətlərdəndir. Onun siyasi fəaliyyəti yalnız müəyyən bir dövrün idarəçiliyi ilə məhdudlaşmır. Dahi lider həm sovet dövründə respublikamızın inkişafında mühüm rol oynayıb, həm də müstəqillik illərində ölkəmizi parçalanmaq və tənəzzül təhlükəsindən xilas edərək güclü dövlətin əsaslarını formalaşdırıb. Bu səbəbdən Ulu Öndər haqlı olaraq müstəqil Azərbaycanın memarı və qurucusu adlandırılır”.
Bu gün Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildiyini və daha geniş miqyas aldığını qeyd edən Fəxrəddin Vəliyev vurğuladı ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi bu siyasətin yeni mərhələsini təşkil edir. Bütün bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu dayanır.
Şəhərsalma mühitinin formalaşması və inkişafında Ulu Öndərin mühüm xidmətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən rayon rəhbəri bildirdi ki, yaşayış məntəqələrinin, kənd və şəhərlərin simasının dəyişməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinin əsas göstəricilərindən biridir və Ulu Öndərin təməlini qoyduğu siyasi kurs və dövlətçilik ideyaları bundan sonra da Azərbaycanın inkişafına və xalqımızın gələcəyinə işıq salacaq.
F.Vəliyev çıxışının sonunda qeyd etdi ki, müasir Azərbaycan dövlətçiliyinin salnaməsini qızıl hərflərlə yazan Heydər Əliyev hər bir azərbaycanlının qəlbində yaşayır və xalqımız var olduqca daim ehtiramla anılacaq.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ölkənin sabitlik və inkişaf yoluna çıxarılması kimi taleyüklü məsələlərin həllində müdrik siyasəti və qətiyyəti ilə mühüm rol oynayıb.
Digər çıxış edənlər də Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən, qəbul etdiyi tarixi qərarların ölkəmizin inkişafındakı əhəmiyyətindən bəhs etdilər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu, yerli mədəniyyət işçilərinin ifasında Ulu Öndərin sevdiyi musiqilər səsləndirildi.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

