ABŞ Prezidentinin Çinə səfəri enerji bazarına təsir edəcək
14.05.2026 [15:38]
ABŞ Prezidenti Donold Trampın Çinə səfəri zamanı qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə olunacağı deyilsə də görüşdə ilk növbədə Hörmüz boğazının bağlı qalması və onun dünya iqtisadiyyatına təsirləri əsas müzakirə mövzusu olacaq.
AZƏRTAC xəbər verir ki, səfərin ilk günü İran parlamentinin sədri Məhəmməd Qalibafın “İran müharibəyə hazırlaşır” bəyanatı onsuz da ilin əvvəlindən gərginlik içində olan bazarda gərginliyi bir az da artırdı və qiymətlər artdı.
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 106,14 dollar olub. Nyu-Yorkun birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar artaraq 101,54 dollar təşkil edib. Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti isə 0,41 dollar və ya 0,4 faiz azalaraq 115,52 dollar olub.
“Bloomberg” yazır ki, Hörmüzün bağlı qalması dünya enerji bazarını o qədər həssas vəziyyətə salıb ki, tərəflərdən hər hansı birinin “sərt bəyanatı” neftin qiymətinin artıb və ya azalmasına səbəb olur.
Dünya bazarında neftin qiymətinin növbəti artım dalğası gözlənilir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rəsmi Vaşinqton Rusiyaya neft ixracı üçün tətbiq etdiyi sanksiyanı mayın 16-na kimi aradan qaldırıb. ABŞ Prezidenti Konqresin qərarından asılı olmayaraq bu addımı ataraq Rusiyanın Ukraynaya qarşı mövqeyini yumşaltmağa çalışırdı. Lakin rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik baş vermədi. Əksinə Rusiya gündə təxminən 1,5 milyon barel neft sataraq müharibəni davam etmək üçün vəsait əldə etdi. Lakin Rusiya neftinin əsas alıcısı olan Hindistan ABŞ-nin sanksiyalarının davam edəcəyi təqdirdə Rusiya neftindən imtina etmək məcburiyyətində qalacaq.
Hindistanın “Indian Oil Corp” və “Bharat Petroleum Corp” şirkətləri Rusiyadan gündə 2 milyon barel neft alırdılar. Bu şirkətlər artıq Qərbi Afrika ölkələri və ABŞ ilə razılıq əldə ediblər. Alternativ variantlar tapan Hindistanın Rusiya neftindən imtinası rəsmi Moskvanı yenidən gərgin vəziyyətə salacaq.
Bu arada ABŞ Prezidentinin Çin səfərini təhlil edən ABŞ mətbuatı qeyd edir ki, əslində Rusiya ilə Ukrayna və İran ilə ABŞ arasında davam edən müharibə Çin üçün sərfəlidir. Rəsmi Pekin hər iki münaqişədən istifadə edərək olduqca ucuz qiymətə neft alır. Buna görə də Prezident D. Trampın Çin lideri Si Cinpin ilə danışıqları heç də asan olmayacaq. Lakin analitiklər vurğulayır ki, bu səfərin nəticələri mütləq dünya enerji bazarına təsir göstərəcək. Bu təsirin mənfi yoxsa müsbət olacağını isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

