AQTA: Heyvan kəsimi zamanı sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır
15.05.2026 [21:10]
Qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda bu sahə “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür.
Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:
• Baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydaları təmin olunmalı;
• Məntəqədə fasiləsiz su təchizatı olmalı;
• İşçi heyət mütəmadi tibbi müayinədən keçməli;
• İşçilər xüsusi təmiz geyimlərlə (xalat, əlcək, saç toru, rezin çəkmə və s.) işləməli;
• Çirklənmiş fərdi mühafizə geyimi vaxtında dəyişdirilməli;
• Əraziyə it, pişik və zərərvericilərin daxil olmasının qarşısı alınmalı;
• Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun şəkildə toplanaraq vaxtında kənarlaşdırılmalı;
• İstifadə olunan alət və avadanlıqlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir.
Bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir. Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stres yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır.
Qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur. Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir.
“AQTA tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, – deyə məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

