Bakı daha bir ilkə imza atıb
20.05.2026 [10:14]
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə Liderlər Sammiti keçirilib
Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur. Məhz bu səbəblərdən də, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı da bu reallıqların əyani nümunəsidir.
Əlbəttə, belə bir qərarın qəbul olunması heç də təsadüfi deyil. Çünki Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi var. Günümüzədək gəlib çatan qala şəhərlər, memarlıq abidələri tarixin daş yaddaşı kimi səciyyələndirilir. Texnologiyanın inkişafının zəif olduğu dönəmlərdə inşa olunan və bu gün də memarlıq əhəmiyyətini itirməyən, gözəlliyi ilə insanları valeh edən tikililər əcdadlarımızın yaradıcılıq təxəyyülünün nə qədər geniş olduğunu təsdiqləyir. Bu qəbildən olan tikililər, eyni zamanda, məmləkətimizin inkişaf mərhələlərini əks etdirir, tariximizi yaşadır.
Hazırda Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur. Son illər ərzində bu sahədə həyata keçirilən qanunvericilik islahatları isə kompleks şəkildə şəhərsalma fəaliyyətinin şəffaf, davamlı və qanunauyğun çərçivədə icrasına şərait yaradıb. Diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək üçün ölkəmizdə səmərəli icra mexanizmi formalaşdırılır.
Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir. İrimiqyaslı qlobal tədbirlərdən hesab edilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi də bunun göstəricisidir. Bu önəmli tədbirin paytaxtımızda keçirilməsi ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahəyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir. Eyni zamanda, tədbirin keçirilməsi üçün Bakının məkan seçilməsinin əsas səbəblərindən biri də paytaxtımızda sosial-iqtisadi, nəqliyyat və digər infrastrukturların yüksək səviyyədə olmasıdır.
Bundan əlavə, Bakı WUF13 çərçivəsində bir sıra yenilikləri ilə də diqqəti cəlb edir. Belə ki, Liderlər Sammitinin keçirilməsi WUF tarixində bir ilkdir. Yəni, ilk dəfə olaraq WUF13-də şəhərlərimizin gələcəyini müzakirə etmək üçün dövlət və hökumət başçılarının görüşü keçirilib. Bu tarixi addım Azərbaycanın qlobal prioritetlərin formalaşmasında fəal rol oynamaq əzmini ifadə edir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlər Sammiti mayın 18-də keçirilib. Tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Keniya Prezidenti Uillyam Samoei Ruto, Serbiya Prezidenti Aleksandar Vuçiç, Bolqarıstan Prezidenti İliyana Yotova, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Deryageldi Orazov, Kambocanın Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniyanın Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxış ediblər.
Onlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mayın 22-nə kimi davam edəcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

