WUF - 13 ÇƏRÇİVƏSİNDƏN İNNOVATİV VƏ TARİXİ ŞƏHƏRSALMA ƏNƏNƏLƏRİNİN AZƏRBAYCAN MODELİ
21.05.2026 [15:58]
2026-cı ilin 17-22 may tarixləri Azərbaycanın daha bir beynəlxalq əhəmiyyətli və qlobal aktuallıq daşıyan genişmiqyaslı tədbirə ev sahibliyi etməsi ilə tarixə düşür. Bu tədbir ölkəmizdə gedən çoxtərəfli inkişafı, əldə edilən uğurları, qazanılmış təcrübələri beynəlxalq ictimaiyyətlə paylaşmaqla dünya şəhərsalma irsinə dəyərli töhfə verir. Beynəlxalq birliyə innovativ və tarixi şəhərsalma ənənələrinin Azərbaycan modelini WUF - 13 çərçivəsindən əyani olaraq görmək imkanı yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində etdiyi çıxış zamanı bu tədbirin beynəlxalq əhəmiyyəti, ölkəmizin siyasi, iqtisadi, eləcə də şəhərsalma, mədəni inkişaf tarixi və innovativ yanaşmaların başlıca istiqamətləri aydın şəkildə ifadə edilmişdir. Xüsusilə tədbirdə iştirak etmək üçün 182 ölkədən 45 mindən çox nümayəndənin qeydiyyatdan keçməsinin vurğulanması Bakı Olimpiya Stadionu ərazisində keçirilən tədbirin miqyası haqqında kifayət qədər geniş təsəvvür yaradır. Qeyd etmək lazımdır ki, 2001- ci ildə BMT tərəfindən yaradılan Ümumdünya Şəhərsalma Forumunun (WUF) Koordinatoru Məskunlaşma Proqramıdır. 2 ildən bir təşkil olunan Forumlarda əsas məqsəd sürətli urbanizasiya nəticəsində yaranan qlobal problemlərin həlli yollarının birgə müzakirə edilməsindən ibarət olmuşdur.
Ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış yerləri” mövzusuna həsr olunmuşdur və əvvəlkilərdən fərqli olaraq, 2 əlavə istiqaməti - siyasi seqment və inklüzivliyi ön plana çıxarması onun strateji və sosial mahiyyətini artırır. Birinci istiqaməti əhatə edən və WUF tarixində ilk dəfə Bakıda keçirilən 13-cü Forumda tətbiq edilən Liderlər Sammiti seqmentinin proqramda yer alması onun strateji əhəmiyyətini əks etdirir. İkinci mühüm fərq isə açıq və inklüziv xarakter daşımasıdır. Bu istiqamətlər bir-birini dəstəkləməklə dünya birliyinin müxtəlif kateqoriyaları ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, milli dəyərlərin qlobal çərçivədə tanıdılması və innovativ yanaşma təcrübələrinin mübadiləsi baxımından əhəmiyyət daşıyır.
Sosial inklüzivliyin təşviq edilməsi
Bu amil Forum iştirakçılarının tərkibində, eləcə də müzakirə olunan məsələlərin istiqamətlərində əks olunmuşdur. Belə ki, Proqramda dövlət nümayəndələri ilə yanaşı vətəndaş cəmiyyəti təşkilatçıları, akademik dairələrin ekspertləri, biznes nümayəndələri, digər sahələrin nümayəndələri yer alır. Xüsusilə dəyirmi masalarda, assambleyalarda müxtəlif maraq qrupları cəlb olunmuşdur. Qadınlar, gənclər, biznes nümayəndələri, peşəkar birliklər, əlilliyi olanlar üçün ayrıca platformaların təşkili sosial inklüzivliyin aydın göstəricisidir. BMT-nin 6 rəsmi dili (ərəb, çin, ing, frans,ispan,rus) ilə yanaşı Azərbaycan və türk dillərinin sinxron tərcüməsinin təmin edilməsi müxtəlif kateqoriyaların bir araya gəlməsini stimullaşdırır. Xüsusilə əlilliyi olanlar üçün beynəlxalq işarə dili xidmətinin təmin edilməsi inklüziv cəmiyyət formalaşdırılmasının Azərbaycan nümunəsini geniş ictimaiyyətə təqdim etmək imkanı yaradır.
Azərbaycanda Böyük Qayıdış Proqramının həyata keçirilməsi ölkəmizin dünyaya verdiyi ən aktual, sosial mesajlardandır. Ölkə başçısının çıxışında qeyd olunmuşdur: “Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”. İşğaldan azad edildikdən sonra aparılan quruculuq və bərpa işləri həmin ərazilərə yeni həyat bəxş etmişdir. Yeni infrastrukturların tikilməsi, eləcə də əhalinin doğma yurd yerlərinə qayıdışının təmin edilməsində sosial rifah və inklüziv cəmiyyət amili başlıca prioritetlərdən olmuşdur.
Tarixi-milli dəyərlərin təbliği
Prezidentin çıxışında Azərbaycanın tarixən əldə etdiyi şəhərsalma təcrübəsi Naxçıvanda Möminə xatun türbəsi, Qarabağda Şuşa qalası, Şəkidə Kiş abidəsi timsalında, həmçinin Bakı, Gəncə, Şamaxı, Qəbələ şəhərlərinin memarlıq nümunələri timsalında aydın şəkildə ifadə edilmişdir. Xüsusilə milli memarlıq ənənələrinə diqqət çəkilərək vurğulanmışdır: “Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək”. Qeyd etmək lazımdır ki, Forumun keçirildiyi ərazidə yaradılan ümumi vizual memarlıq yanaşmasında da İçərişəhərdən və Azərbaycan xalçaları ornamentlərindən ilhamlanan elementlərin olması milli dəyərlərin təbliğində xüsusi əhəmiyyət daşıyır. Rəsmi mərasimlərin keçirilməsi nəzərdə tutulan Bayraq meydanının qala divarları motivləri ilə əhatə olunması tarixi, dövlətçilik ənənələri, müdafiə memarlığının qədim elementlərini təbliğ edir.
Şəhərsalmada tarixi-innovativ ənənələrin təcəssümü
Ölkəmizdə həyata keçirilən quruculuq və bərpa işləri Bakı şəhərindəki tarixi-innovativ memarlıq ənənələrini görməyə əyani şəkildə imkan yaradır. Xüsusilə şəhərin XIX əsrlə müasir simasının müqayisəsi timsalında bu inkişaf daha aydın görünür. Prezidentin çıxışında bu amilə diqqət çəkilərək qeyd olunmuşdur: “Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır.” Regionlarda bu sahədə inkişaf Qarabağ və Zəngəzurda həyata keçirilən quruculuq və innovativ şəhərsalma prosesi, işğaldan azad olunmuş tarixi ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, bir vaxtlar xarabazarlığa çevrilmiş, ekologiyası zərər görmüş ərazilərimizin “yaşıl zonalara”çevrilmə prosesində öz təsdiqini tapmışdır.
Dünyada 3 milyard insanın ev təminatından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan da bu cür kütləvi problemlə üzləşmişdir, lakin uğurlu həllinə nail olmuşdur. 1 milyondan çox qaçqın və məcburi köçkünlərin yaşayış məskənləri ilə təmin olunmasında əldə etdiyi təcrübəni paylaşmaqla ölkəmiz dünyadakı sosial-demoqrafik problemlərin optimal həlli prosesinə dəstək verir. Ölkəmizdə, xüsusilə azad olunmuş şəhərlərimizin qısa zaman çərçivəsində tarixi simasının bərpa edilməsində, həmin ərazilərin sosial məskunlaşdırılması prosesində innovativ inkişafı təqdir edən dünya birlikləri bu təcrübənin digər regionlarda da tətbiq edilməsinə məhz Forum vasitəsilə nail ola biləcəklər. Nəticə olaraq, Forum şəhərsalmanın innovativ və tarixi ənənələrinin birgə tətbiqinin Azərbaycan modelini dünya ictimaiyyətinə çatdırmaqla qlobal urbanizasiya prosesinin aktual problemlərinin həllinə özünəməxsus töhfə verir.
Zeynəb Quliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
YAP Naxçıvan şəhər Təşkilatının AMEA Naxçıvan Bölməsi üzrə ƏPT sədri, tarix elmləri doktoru
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

