/ / UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib
UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib
22.05.2026 [15:46]
Mayın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkəmizin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib. O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə postmünaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri, habelə Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

