28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günü
22.05.2026 [17:13]
22 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Göycəli kənd”, “Tatlı kənd”, “Köhnəqışlaq kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “28 May – Müstəqillik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, tarixin yaddaşında azadlıq uğrunda atılmış hər addım bir millətin iradəsini, mənəvi bütövlüyünü və gələcəyə inamını əks etdirir. Azərbaycan xalqı da öz taleyinə sahib çıxmaq, milli kimliyini qorumaq və müstəqil yaşamaq əzmini XX əsrin əvvəllərində dünya tarixinə yazdı. Azərbaycan Xalq Cümhuriyyəti təkcə dövlətçiliyimizin bərpası deyil, həm də azərbaycanlıların siyasi yetkinliyinin, milli iradəsinin və müasir dəyərlərə sadiqliyinin parlaq nümunəsi idi.
Daha sonra çıxış edən natiqlər – partiya veteranı Məmməd Məmmədov, “Göycəli kənd” Ərazi Partiya Təşkilatının sədri Vasif Hüseynov, “Tatlı kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Şahin Məmmədov geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, müsəlman Şərqində ilk parlamentli respublika kimi yaranan Cümhuriyyət, milli suverenliyin, xalq hakimiyyətinin və insan hüquqlarının qorunduğu demokratik bir cəmiyyətin əsasını qoydu. O dövrün mürəkkəb geosiyasi şəraitinə, daxili və xarici təhdidlərə baxmayaraq, Azərbaycan xalqı bir daha sübut etdi ki, müstəqillik onun üçün yalnız siyasi status deyil, həm də tarixi haqq, mənəvi dəyər və ali idealdır. Bu gün müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Zəngin dövlətçilik ənənələrinə malik xalqımız tarixinin müxtəlif dövrlərində zamanın çağırışları ilə böyük imperiyaların tərkibinə daxil olsa da, azadlıq və müstəqillik ideyası heç vaxt unudulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti də məhz XIX əsrin sonları və XX əsrin əvvəllərində baş verən mədəni-siyasi yüksəliş mərhələsinin, milli özünüdərkin və azadlıq ruhunun məntiqi nəticəsi kimi meydana çıxmışdı.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

