/ / Azərbaycan Bayrağının İşğaldan Azad Olunmuş Torpaqlarda Dalğalanması – Dövlətçilik Tariximizin Qürur Səhifəsidir
Azərbaycan Bayrağının İşğaldan Azad Olunmuş Torpaqlarda Dalğalanması – Dövlətçilik Tariximizin Qürur Səhifəsidir
25.05.2026 [15:12]
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri
Azərbaycan xalqının milli kimliyini, azadlıq ruhunu və dövlətçilik iradəsini özündə əks etdirən üçrəngli bayrağımız bu gün ölkəmizin bütün guşələrində, o cümlədən uzun illər işğal altında qalmış və artıq azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Bu müqəddəs mənzərə yalnız siyasi və hərbi qələbənin deyil, eyni zamanda milli birliyin, xalq iradəsinin və tarixi ədalətin təntənəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gələcək nəsillərə bəxş edilmiş unudulmaz dövlətçilik əmanətidir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşmüşdür. Məhz həmin dövrdə qəbul edilən üçrəngli bayraq milli dövlətçilik ideyalarının rəmzinə çevrilmişdir. Bayrağımızın üzərindəki mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir. Bu bayraq xalqımızın keçmişini, bu gününü və gələcəyə olan inamını özündə birləşdirən müqəddəs dövlət atributudur.
Uzun illər ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqları xalqımızın qəlbində daim sağalmayan yara olmuşdur. Hər bir azərbaycanlının ən böyük arzusu doğma torpaqlarda üçrəngli bayrağımızın yenidən dalğalanmasını görmək idi. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı və Ali Baş Komandanın qətiyyətli siyasəti sayəsində tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı 30 illik həsrətə son qoyaraq öz torpaqlarına qovuşdu.
Prezident İlham Əliyev tərəfindən azad edilmiş şəhər və kəndlərdə Azərbaycan bayrağının ucaldılması xalqımız üçün böyük qürur və fəxarət anına çevrildi. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında və digər bölgələrdə üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Xüsusilə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhərində Azərbaycan bayrağının ucaldılması milli ruhumuzun zəfəri kimi tarixə yazıldı.
Bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Yeni yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri tikilir, həyat yenidən canlanır. Bütün bu quruculuq proseslərinin mərkəzində isə Azərbaycan bayrağı dayanır. Çünki həmin bayraq yalnız dövlət rəmzi deyil, həm də qayıdışın, ümidin və gələcəyin simvoludur. Azad edilmiş torpaqlarda dalğalanan bayraq şəhidlərimizin müqəddəs ruhuna ehtiramın, qazilərimizin qəhrəmanlığının və xalqımızın yenilməzliyinin təcəssümüdür.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və Azərbaycan bayrağı bu torpaqlarda daim dalğalanacaqdır. Bu fikir yalnız siyasi bəyanat deyil, milli dövlətçilik strategiyasının və gələcəyə hesablanmış böyük missiyanın ifadəsidir. Bugünkü nəsil bayrağımızın azad torpaqlarda dalğalanmasını görməklə yanaşı, gələcək nəsillərə də müstəqil, güclü və qalib Azərbaycan miras qoyur.
Üçrəngli bayrağımızın işğaldan azad olunmuş torpaqlarda dalğalanması Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin və dövlətçilik ənənələrinin təntənəsidir. Bu tarixi nailiyyət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik və milli qürur məktəbi olacaqdır. Azərbaycan bayrağı bundan sonra da daim yüksəklərdə dalğalanacaq və müstəqil dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27

