Şanlı tarixdən qüdrətli gələcəyə
26.05.2026 [10:35]
Xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 may günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün kimi dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu əlamətdar tarix təkcə təqvim səhifəsi deyil, eyni zamanda xalqımızın ən əziz bayramlarından biri, milli iftixar və milli zəfər günümüzdür.
Hər il olduğu kimi, bu il də dövlətçilik tariximizin ən parlaq və şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 108-ci ildönümü – Müstəqillik Günü ölkəmizdə yüksək təntənə ilə qeyd olunur. Müstəqillik bəyannaməsinin qəbul olunduğu ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti gərgin və qətiyyətli fəaliyyətə başladı. Fətəli xan Xoyskinin rəhbərliyi ilə ilk müvəqqəti hökumət quruldu, dövlətçilik atributlarının tətbiqi və qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlərin əsası qoyuldu. Cümhuriyyət cəmi 23 ay mövcud olsa da, bu qısa müddətdə xalqımızın istiqlal və suverenlik duyğularını sarsılmaz etdi. Az ömrünə baxmayaraq, Şərqdə ilk müstəqil, demokratik respublikanın qurulması müsəlman dünyasında azadlıq ideyalarının formalaşmasına böyük təsir göstərdi. AXC-nin həyata keçirdiyi tarixi islahatlar xalqımızın qan yaddaşında silinməz izlər buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, milli ordunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan olunması, həmçinin iqtisadiyyat, təhsil, səhiyyə və mədəniyyət sahəsində fundamental addımların atılması bu tarixi nailiyyətlərdəndir. Təəssüf ki, daxili çəkişmələr, tam milli birliyin əldə edilməməsi və xarici təzyiqlər cümhuriyyətin uzunömürlü olmasına imkan vermədi. AXC 1920-ci ilin aprelində Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğrasa da, onun yaratdığı zəmin gələk müstəqilliyimizin sarsılmaz təməlinə çevrildi.XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı ilk illərdə daxili böhranlar, torpaqlarımızın işğalı, hakimiyyət çevrilişləri və vətəndaş qarşıdurması ilə üz-üzə qaldı. Bu çətin və təhlükəli vəziyyət dövlətimizi məhv olmaq astanasına gətirmişdi.
Lakin 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması tarixin axarını dəyişdi. Ümummilli Lider dövlətçilik sükanını öz qüdrətli əllərinə alaraq ölkəni ağır yaralardan xilas etdi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı vahid milli ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Onun zəngin idarəçilik təcrübəsi ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, demokratik, dünyəvi dövlət quruculuğunun əsasını qoydu və davamlı inkişafa yol açdı. Ulu Öndər hər zaman böyük qürurla bəyan edirdi: "Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyyətimizdir". Bu gün hər birimiz fəxrlə qəbul edirik ki, Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu məhz Heydər Əliyevdir.
Ulu öndərin siyasi kursu bu gün onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Heydər Əliyev siyasi məktəbinin prinsiplərini mənimsəyən dövlət başçısı siyasətin real işdən ibarət olduğunu öz fəaliyyəti ilə sübuta yetirmişdir. Onun rəhbərliyi və xalqın sarsılmaz dəstəyi sayəsində Azərbaycan sürətli iqtisadi inkişaf tempinə görə regional və qlobal miqyasda lider mövqeyə yüksəlmişdir. Bu gün fəxr edirik ki, ulu öndərin bizə əmanət qoyduğu Azərbaycan Respublikası etibarlı əllərdədir. Ölkəmizin siyasi və iqtisadi qüdrəti qarşıya çıxan hər bir problemi həll etməyə qadirdir. Ən böyük tarixi uğurumuz və qürurumuz isə ondan ibarətdir ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağımız respublikamızın hər bir guşəsində əzəmətlə dalğalanır.
Biz qüdrətli, hərtərəfli inkişaf edən, dünyada söz sahibi olan demokratik və müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Azərbaycan xalqı öz taleyini və gələcəyini Heydər Əliyev ideyalarını dönmədən həyata keçirən Prezident İlham Əliyevlə bağlayaraq gələcəyə doğru daha qətiyyətli addımlarla irəliləyir. Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır!
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

