Müstəqilliyimiz tarixin sınaqlarını aşaraq ən etibarlı dayanacaqda qərarlaşıb
26.05.2026 [10:36]
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 108 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə dəyərləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.” Bu qiymətləndirmənin davamı olaraq dövlət başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir. Müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin öyrənilməsi, düzgün dəyərləndirilməsi Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin qarşıya qoyduqları mühüm vəzifə olub. Dahi şəxsiyyət bildirirdi ki, bu gün 10, 20 yaşı olan gəncin keçmiş dövr haqqında məlumatı yoxdur, Azərbaycanın müstəqillik yolunun ağır dövrlərdən keçməsindən xəbərsizdir. Hər bir nəslin öz keçmişi haqqında aydın təsəvvürə malik olması vacib amillərdəndir. Dahi şəxsiyyət hər zaman gənclərə tariximizi öyrənməyə çağırışlar edirdi. Bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük rəğbətlə qarşılandı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Xalq Cümhuriyyətinin qurucularının xəyal etdiyi qüdrətli və müstəqil dövlət Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü ordusu və tarixi zəfərləri ilə daha da möhkəmləndi, dünyanın sayılıb-seçilən ölkələri sırasında öz layiqli yerini aldı. Bu gün artıq dünya Azərbaycanla hesablaşır, ölkəmiz qlobal problemlərin müzakirə olunduğu və mühüm qərarların verildiyi nüfuzlu məkanlardan biridir. Müstəqilliyin qüdrəti və dövlət böyüklüyü də məhz budur. Müstəqilliyimiz tarixin sınaqlarını aşaraq ən etibarlı dayanacaqda qərarlaşıb, bir daha xain küləklər üstümüzə əsməyəcək. Bayrağımızı qorumağa qadirik. Qarşıda çoxəsrlik tariximizdə ilkə imza ataraq Vətəni ucaldan Sərkərdə, arxada isə Lider–Xalq birliyinin sarsılmaz vəhdəti dayanıb. Uğrunda can verməyi şərəf bildiyimiz Azərbaycanın müstəqilliyi isə Ulu öndərin qeyd etdiyi kimi əbədi, dönməz və sarsılmazdır!
Nurlana Yusifova
YAP Samux rayon təşkilatı əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

