28 May - Dövlətçilik təfəkkürünü nümayiş etdirən şərəfli mərhələ
26.05.2026 [11:10]
Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq iradəsini və dövlətçilik təfəkkürünü nümayiş etdirən şərəfli mərhələlər vardır. Azərbaycan xalqı üçün belə unudulmaz və qürurverici məqam, şübhəsiz ki, 1918-ci il mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasıdır. Bu tarixi hadisə sadəcə bir təqvim dəyişikliyi deyil, xalqımızın əsrlər boyu qəlbində yaşatdığı müstəqillik ideallarının, milli ləyaqətinin və azadlıq eşqinin reallığa çevrildiyi möhtəşəm bir zirvə idi.
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”
Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması XIX əsrin sonlarından etibarən ölkədə baş qaldıran milli oyanış dalğasının birbaşa nəticəsi idi. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və digər qabaqcıl mütəfəkkirlərimiz xalqın milli mənlik şüurunu oyatmaq üçün misilsiz fədakarlıqlar göstərdilər. Onlar qəzet səhifələrində, teatr səhnələrində və açdıqları məktəblərdə təkcə savadsızlığa qarşı mübarizə aparmır, həm də azadlıq ideologiyasının fundamental əsaslarını hazırlayırdılar. Bu intellektual elitanın formalaşdırdığı milli rəy, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin elan edilməsi ilə özünün ən ali siyasi ifadəsini tapdı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə həyata keçirilən islahatlar müasir dövlətçilik modelimizin təməl daşlarına çevrildi. Şərqdə ilk dəfə qadınlara seçki hüququnun verilməsi, çoxpartiyalı və koalisiyalı parlamentin qurulması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Bakı Dövlət Universitetinin təsisi və Milli Ordunun yaradılması kimi mühüm addımlar atıldı. AXC sübut etdi ki, Azərbaycan xalqı ən çətin geosiyasi şəraitdə belə öz müqəddəratını təyin etməyə, sivil və demokratik idarəetmə prinsiplərinə əsaslanan müstəqil dövlət idarə etməyə qadirdir.
1920-ci ildə xarici müdaxilə nəticəsində Cümhuriyyətin süqut etməsi xalqımızın azadlıq ruhunu sındıra bilmədi. XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən müasir Azərbaycan Respublikası özünü məhz 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və hüquqi varisi elan etdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Cümhuriyyət dövrünün dövlət rəmzlərinə, xadimlərinə və bütövlükdə o dövrün irsinə dövlət səviyyəsində yüksək ehtiram və xüsusi diqqət göstərilməyə başlandı. Dahi rəhbər bu tarixi varislik əlaqəsini təkcə rəsmi qərarlarla deyil, xalqın milli yaddaşına həkk olunan siyasi iradəsi ilə möhkəmləndirdi. Müasir dövlətimizin qurucusu, ilk Cümhuriyyətin yaranma gününün bizim üçün daşıdığı ali mənaya və onun milli bayram kimi dəyərinə toxunaraq bildirirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının vaxtilə əkdiyi müstəqillik toxumları, bu gün Cənubi Qafqazın lideri olan, iqtisadi və hərbi qüdrəti ilə dünyaya səs salan müasir Azərbaycan Respublikasında özünün ən möhtəşəm bəhrəsini vermişdir. 1918-ci ildə cəmi 23 ay yaşayan o kövrək müstəqillik, bu gün sarsılmaz təməllər üzərində ucalan və bir daha heç vaxt yıxılmayacaq bir dövlət çinarına çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin dühası ilə qorunub saxlanılan, möhkəmləndirilən dövlətçilik xəttimiz və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Tarixi Zəfər, Cümhuriyyət fədaillərinin ruhunu şad edən ən böyük hadisədir. Bu gün ilk Cümhuriyyətimizin bizə miras qoyduğu, istiqlalımızın rəmzi olan üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilmiş doğma torpaqlarımızda — Şuşada, Xankəndidə, Xocalıda qürurla dalğalanmaqdadır. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil, həm də əsrin əvvəlində yarımçıq qalmış milli arzuların, dövlətçilik ideallarının tam və qəti qələbəsidir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

