28 May – Azərbaycanın Dövlətçilik Ənənələrinin Təntənəsi
26.05.2026 [11:12]
Müstəqillik hər bir xalqın ən böyük sərvəti, milli varlığının və azad yaşamaq iradəsinin təcəssümüdür. Azərbaycan xalqı tarix boyu azadlıq uğrunda mübarizə aparmış, milli dövlətçilik ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmüşdür. Bu baxımdan 28 May – Müstəqillik Günü Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biridir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın siyasi şüurunun, milli özünüdərkinin və dövlətçilik təfəkkürünün parlaq nümunəsi idi. Məhz həmin gün Azərbaycan xalqı öz taleyinə sahib çıxaraq müstəqil dövlət qurduğunu bütün dünyaya bəyan etdi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm dövlət quruculuğu işləri həyata keçirdi. Milli parlamentin yaradılması, dövlət bayrağının qəbul olunması, milli ordunun formalaşdırılması və təhsil sahəsində aparılan islahatlar ölkənin gələcək inkişafının əsasını təşkil etdi. Bakı Dövlət Universitetinin yaradılması xalqın maariflənməsi və milli kadr hazırlığı istiqamətində atılmış mühüm addımlardan biri idi.
Cümhuriyyət rəhbərləri milli maraqları hər şeydən üstün tutaraq Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına çalışırdılar. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti dövlətimizin beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Müstəqillik ideyaları sovet dövründə müxtəlif təzyiqlərə baxmayaraq xalqın yaddaşından silinmədi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyev ölkədə siyasi sabitliyin təmin olunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və müstəqilliyin əbədiliyinə xidmət edən mühüm addımlar atdı.
Bu gün müstəqil Azərbaycan regionun aparıcı dövlətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı kimi böyük nüfuz qazanıb. Qarabağın azad olunması Azərbaycanın gücünü, xalqımızın birlik və iradəsini bütün dünyaya nümayiş etdirdi.
28 May – Müstəqillik Günü Azərbaycanın keçmişinə ehtiramın, bu gününə qürurun və gələcəyinə inamın ifadəsidir. Bu bayram xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və müstəqilliyimizin daim qorunmasının vacibliyini bir daha xatırladır.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

