Azərbaycan dövlətçiliyinin şanlı salnaməsi
26.05.2026 [16:37]
28 May – Müstəqillik Günü xalqımızın çoxəsrlik dövlətçilik tarixində milli azadlıq iradəsinin təntənəsi, istiqlal düşüncəsinin gerçəkləşməsi və müasir dövlətçilik ənənələrinin əsasının qoyulduğu ən mühüm tarixi günlərdən biridir. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə xalqımızın deyil, bütün Şərq və müsəlman aləminin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gün Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası Azərbaycan torpağında quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın əsrlər boyu yaşatdığı azadlıq ideallarının, milli özünüdərk düşüncəsinin və dövlətçilik ənənələrinin məntiqi nəticəsi idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində milli oyanış prosesinin güclənməsi, maarifçi ziyalıların fəaliyyəti və milli dirçəliş ideyalarının geniş yayılması xalqımızın müstəqil dövlət qurmaq əzmini daha da möhkəmləndirmişdi. Həmin dövrdə Azərbaycanın qabaqcıl ziyalıları xalq arasında milli azadlıq, istiqlal və müstəqillik duyğularını formalaşdıraraq cəmiyyətin siyasi şüurunun yüksəlməsində mühüm rol oynadılar. Bu ideoloji zəmin üzərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsi ilə xalq hakimiyyəti prinsiplərinə əsaslanan demokratik dövlət modeli yaradıldı. Yeni respublikada insan hüquq və azadlıqlarına xüsusi önəm verildi, bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsə bərabər hüquqların verilməsi həmin dövr üçün olduqca mütərəqqi addım idi. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk Şərq dövləti kimi tarixə düşərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm dövlət quruculuğu tədbirləri həyata keçirdi. Parlament yaradıldı, dövlət atributları təsis olundu, üçrəngli dövlət bayrağı qəbul edildi, milli ordu formalaşdırıldı, hüquq və idarəetmə sistemi quruldu. Dövlət idarəçiliyində demokratik prinsiplər əsas götürüldü, qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Vətəndaşlıq institutunun yaradılması, milli ordunun təşkili və dövlət idarəetmə mexanizmlərinin formalaşdırılması dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyəti təhsil və maarif sahəsini də diqqət mərkəzində saxlayırdı. Ana dilində təhsilin təşkili istiqamətində mühüm qərarlar qəbul edildi, milli məktəblərin yaradılması genişləndirildi və maarifçilik fəaliyyətinə xüsusi önəm verildi. 1919-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin təsis olunması xalqımızın elm və təhsil tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Bu addım milli kadr potensialının formalaşdırılması və gələcək inkişafın təmin olunması baxımından mühüm strateji əhəmiyyət daşıyırdı. Cümhuriyyətin xarici siyasət fəaliyyəti də dövlətçilik tariximizdə mühüm yer tutur. Gənc dövlətin beynəlxalq aləmdə tanınması məqsədilə bir sıra dövlətlərlə diplomatik münasibətlər quruldu, nümayəndə heyətləri xarici ölkələrə göndərildi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində dövlətimiz beynəlxalq hüququn subyekti kimi tanındı. Bu, Azərbaycan dövlətçiliyinin beynəlxalq səviyyədə qəbul olunması baxımından mühüm siyasi və hüquqi nailiyyət idi. Lakin mürəkkəb geosiyasi şərait və xarici müdaxilələr nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti uzun sürmədi. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində dövlət müstəqilliyinə son qoyuldu. Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələri və milli istiqlal ideyası xalqımızın yaddaşından silinmədi. Bu ideyalar sonrakı dövrlərdə də yaşayaraq müstəqillik arzularının əsas dayağına çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək bildirirdi ki, xalqımızın qabaqcıl ziyalıları və mütəfəkkirləri milli azadlıq və milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş və oyanış prosesini formalaşdırmışlar. Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinin araşdırılması və təbliği istiqamətində mühüm addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul olunması milli istiqlal düşüncəsinin yenidən dirçəldilməsinin rəmzinə çevrildi. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb siyasi və iqtisadi sınaqlarla üzləşdi. Məhz belə bir çətin şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərdi. Ölkədə ictimai-siyasi sabitlik təmin olundu, milli birlik gücləndirildi və dövlət quruculuğu prosesi yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Liderin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri dövlətçilik məsuliyyətinin mahiyyətini aydın şəkildə ifadə edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib. Dövlətimizin iqtisadi qüdrəti və beynəlxalq mövqeyi daha da möhkəmlənib, xalqımız tarixi Zəfərə nail olub. İşğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması Azərbaycan Xalq Cümhuriyyətinin ideallarının yaşadığını və milli dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini göstərir. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə və milli irsimizə verilən yüksək dəyərin bariz nümunəsi oldu. 2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması müasir Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bir daha təsdiqlədi. Bu qərar dövlətçilik tariximizə verilən yüksək qiymətin və milli yaddaşa göstərilən ehtiramın ifadəsidir. 28 May – Müstəqillik Günü xalqımızın milli qürurunun, azadlıq əzminin və dövlətçilik iradəsinin rəmzidir. Bu müqəddəs tarix Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin, milli birlik və həmrəyliyinin təntənəsi kimi daim yaşayacaq. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək, onların yaratdığı dövlətçilik ənənələri müstəqil Azərbaycanın inkişaf yolunda gələcək nəsillərə örnək olacaqdır.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

