Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub
07.07.2026 [20:09]
İyulun 7-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi və iqtisadi əməkdaşlıq gündəliyi, enerji təhlükəsizliyi, regional bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında yüksəksəviyyəli təmasların və siyasi dialoqun inkişaf etdirilməsinin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Həmçinin Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində etibarlı tərəfdaş kimi artan rolundan bəhs edilib, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Regional bağlantı və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi zamanı nazir Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının dinamik inkişaf etdiyini, bu çərçivədə C6 əməkdaşlıq formatının yeni imkanlarını qeyd edib. Xəzər dənizi vasitəsilə Şərq-Qərb bağlantılarının möhkəmləndirilməsi, Orta Dəhlizin inkişafı, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında yaradılan logistika və sənaye infrastrukturları sayəsində Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və ticarət qovşaqlarından birinə çevrildiyi vurğulanıb.
Tərəflər postmünaqişə dövründə Cənubi Qafqazda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyini nəzərdən keçiriblər.
Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, habelə bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılmasının regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün yaratdığı imkanlar barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

