20 sentyabr – Zəfərdən dirçəlişə gedən yol
17.09.2026 [14:16]
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı
Azərbaycanın şanlı Zəfər tarixinin mühüm səhifələrindən biri olan 20 sentyabr artıq ölkəmizin ictimai-siyasi həyatında xüsusi məna daşıyan əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilib. Artıq ikinci ildir ki, bu əlamətdar tarix xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qeyd olunur. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının rəmzlərindən biri olmaqla yanaşı, Qarabağda yeni həyatın başlanğıcını da ifadə edir.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Bununla da Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üç onillikdən artıq davam edən işğala son qoyuldu. Bu tarixi hadisə yalnız hərbi-siyasi baxımdan deyil, həm də həmin ərazilərin gələcək inkişafı, dirçəldilməsi və doğma sakinlərinə qaytarılması baxımından yeni mərhələnin başlanğıcı oldu.
Bu prosesin mühüm istiqamətlərindən biri də Ağdərə rayonunun yenidən yaradılmasıdır. 2023-cü ilin dekabrında qəbul edilən qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradıldı. Bununla da tarixi inzibati ərazi vahidinin əvvəlki statusu bərpa edildi. Rayonun yaradılması Qarabağda yeni idarəetmə və inkişaf mərhələsinin mühüm addımlarından biri kimi diqqəti cəlb edir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış strategiyasının real nəticələrini nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Xankəndidə də bu istiqamətdə mühüm işlər həyata keçirilir. Şəhərdə yeni sosial və iqtisadi layihələr reallaşdırılır, yaşayış və ictimai infrastruktur mərhələli şəkildə inkişaf etdirilir.
Xankəndi şəhəri üzrə 17 avqust 2026-cı il tarixinədək aparılan məskunlaşma məlumatları da Böyük Qayıdış prosesinin davamlı xarakter daşıdığını göstərir. Həmin tarixə şəhərdə 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla, ümumilikdə 119 ailənin, 506 nəfərin məskunlaşması təmin edilib. Doğma torpaqlara qayıdan insanların öz yurdlarında yeni həyat qurması Zəfərin ən mühüm və mənəvi nəticələrindən biridir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu gün yalnız tarixi Zəfərin ünvanları deyil, həm də Azərbaycanın gələcəyə baxışının, quruculuq əzminin və Böyük Qayıdışın simvollarıdır. Bu şəhərlərin yenidən dirçəldilməsi xalqımızın tarixi yaddaşının qorunması ilə yanaşı, Qarabağın sosial-iqtisadi və mədəni həyatının bərpasına xidmət edir.
20 sentyabrın şəhər günü kimi qeyd olunması da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını, işğaldan azad edilmiş torpaqlarda yeni həyatın başlanmasını və doğma yurdlarına qayıdan insanların sevincini özündə birləşdirir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin hər birinin gələcək inkişafı Qarabağın dirçəliş salnaməsinin yeni səhifələrini təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Sosial
23 Sentyabr 12:33
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37
Dünya
22 Sentyabr 19:17
Dünya
22 Sentyabr 18:35
Analitik
22 Sentyabr 18:19
Dünya
22 Sentyabr 17:26
Dünya
22 Sentyabr 16:40
Sosial
22 Sentyabr 16:12
Formula 1
22 Sentyabr 15:56
Dünya
22 Sentyabr 15:32
İqtisadiyyat
22 Sentyabr 15:21
Elanlar
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:20
Siyasət
22 Sentyabr 15:19
İqtisadiyyat
22 Sentyabr 15:19
YAP xəbərləri
22 Sentyabr 15:18
Dünya
22 Sentyabr 14:59

