Dövlət Suverenliyi – milli iradəmizin təntənəsi
18.09.2026 [14:22]
Hər bir xalqın tarixində onun milli iradəsini, dövlətçilik əzmini və müstəqillik uğrunda mübarizəsini təcəssüm etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün belə mühüm tarixlərdən biri də 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəmzi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Azərbaycan xalqı tarix boyu öz dövlətçilik ənənələrini qoruyub saxlamış, üzləşdiyi ağır sınaqlara və məhrumiyyətlərə baxmayaraq, müstəqillik amalından heç vaxt geri çəkilməmişdir. XX əsrin sonlarında ölkəmizin ərazilərinin işğala məruz qalması, torpaqlarımızın uzun illər düşmən tapdağında qalması xalqımız üçün böyük faciə olmaqla yanaşı, dövlətimizin suveren hüquqlarının həmin ərazilərdə həyata keçirilməsinə də mane olmuşdur.
Lakin Azərbaycan dövlətinin ardıcıl və məqsədyönlü siyasəti, xalqımızın milli həmrəyliyi və Silahlı Qüvvələrimizin gücü nəticəsində bu tarixi ədalətsizliyə son qoyuldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpasını təmin etdi və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Bu Qələbə həm də Azərbaycan xalqının öz torpaqlarına bağlılığının, milli iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümü oldu.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatların qarşısının alınması və ölkəmizin suverenliyinin təmin edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 23 saat ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində qarşıya qoyulan vəzifələr yüksək peşəkarlıqla yerinə yetirildi. Sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə xalqımızın uzun illər daşıdığı tarixi arzu reallığa çevrildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin suverenliyinin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmağa başladı.
Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sənəddə xüsusi olaraq vurğulanır ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edilmiş və dövlət suverenliyi bərpa olunmuşdur.
Dövlət Suverenliyi Günü, ilk növbədə, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qəhrəman hərbçilərimizin şücaətinə verilən yüksək qiymət və Azərbaycan xalqının milli iradəsinin təntənəsidir. Bu Zəfər bizə bir daha göstərdi ki, dövlətin gücü yalnız onun iqtisadi və hərbi imkanları ilə deyil, həm də xalqın dövlətçilik ətrafında sıx birliyindən qaynaqlanır. Suverenlik isə yalnız siyasi anlayış deyil, milli ləyaqətin, azadlığın və dövlət müstəqilliyinin ən mühüm ifadəsidir.
20 Sentyabr həm də gələcək nəsillərə ötürüləcək böyük tarixi irsin başlanğıc nöqtələrindən biridir. Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır: işğaldan azad edilmiş ərazilərin bərpası, dayanıqlı inkişafın təmin olunması, həmin torpaqlara həyatın qaytarılması və dövlətimizin daha da gücləndirilməsi. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin yalnız hərbi deyil, həm də sosial-iqtisadi və mənəvi nəticələrinin möhkəmləndirilməsinə xidmət edir.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixində yeni bir qürur səhifəsidir. Bu əlamətdar tarix dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığını, xalqımızın milli iradəsinin dönməzliyini nümayiş etdirir. Bu gün Azərbaycan öz taleyinin sahibidir, öz ərazisində Konstitusiyasının və qanunlarının aliliyini təmin edən müstəqil dövlətdir. Dövlət suverenliyimiz xalqımızın ən böyük milli sərvətlərindən biri, şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs dəyərdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın Zəfər yaddaşını yaşadan, dövlətçilik qürurunu daha da möhkəmləndirən və gələcəyə inamımızı artıran əlamətdar bir gündür. Bu tarix Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və milli iradəsinin təntənəsi kimi daim yaşayacaq.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

