3,7 milyard avrodan çox...
22.09.2026 [09:40]
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandakı investisiyalarını artırır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycandakı cari kredit portfelini 888 milyon avroya çatdırıb. Portfelin 41 faizi özəl sektorun payına düşür.
Hazırda ölkəmizdə 35 layihənin maliyələşdirilməsində iştirak edən bank vəsaitlərinin əsas hissəsini (89 faiz) - 794 milyon avrosunu dayanıqlı infrastrukturun inkişafına, 7 faizini və ya 64 milyon avrosunu maliyyə institutlarına, 3 faizini və ya 30 milyon avrosunu isə korporativ sektora yönəldilib.
Ümumilikdə, 30 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərən Avropa Bankı bu müddət ərzində 202 layihənin maliyyələşdirilməsinə 3 milyard 728 milyard avro investisiya yatırıb.
Bankın Azərbaycandakı əsas maliyyələşmə prioritetləri qeyri-neft sektorunun inkişafı, mühüm infrastrukturların, o cümlədən nəqliyyat və kommunikasiya sahələrində regional layihələrin dəstəklənməsi, yerli maliyyə institutlarının gücləndirilməsi və “yaşıl iqtisadiyyat”a keçidin təmin olunmasıdır.
Külək və Günəş stansiyalarının inşasında yaxın tərəfdaş
AYİB Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin maliyyələşdirilməsində Azərbaycanın ən yaxın tərəfdaşı olub. Bank ənənəvi enerji sektoru ilə yanaşı, bərpaolunan enerji layihələrində də ölkəmizlə sıx əməkdaşlıq edir. İndiyə qədər 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, Neftçaladakı “Bankə” Günəş Elektrik Stansiyası və “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisində də AYİB birbaşa əsas maliyyə təchizatçısı olub. Avropa Bankı, həmçinin Qobustan Günəş Elektrik Stansiyasının inşasında maliyyə dəstəyini göstərib.
Energetika Nazirliyi ilə AYİB arasında imzalanmış elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu çərçivəsində digər layihələr də həyata keçirilib. “Azərbaycanda kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin tətbiqinin dəstəklənməsi” layihəsi üzrə digər alternativ enerji mənbələrinin tədarükü və digər bərpaolunan layihələrin də maliyyələşməsində beynəlxalq donor kimi fəaliyyətini davam etdirir.
“Xəzər-Qara dəniz-Avropa” “yaşıl dəhlizi”nin maliyyələşdirilməsi
Ümumilikdə, AYİB 2027-ci ilədək 8 külək və Günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb. Həmçinin, Avropa Bankı “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” “yaşıl enerji” dəhlizlərinin yaradılmasında da əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edir. Bir müddət əvvəl ölkəmizdə olan AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falçetti Azərbaycanın “yaşıl enerji” dəhlizlərinin yaradılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib, bankın aşağı karbonlu enerjiyə keçid, “yaşıl texnologiyalar” sahəsində layihələrin icrası və gələcək əməkdaşlıqda “yaşıl enerji”yə xüsusi önəm verəcəyini xatırladıb.
Bank Azərbaycan və Özbəkistan hökumətləri tərəfindən təsis edilmiş “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu”nun maliyyə portfelinin artırılması üçün 158 milyon dollar ayırmağı da nəzərdən keçirir.
Gəncə üçün 120 milyon avroluq kredit xətti
Avropa Bankı hazırda bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırmasının modernləşdirilməsi və su infrastrukturunun inkişafı sahəsində kapital qoyuluşlarına töhfə vermək niyyətindədir. Bu kursa əsasən, Gəncədə su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üçün nəzərdə tutulan 120 milyon avro həcmində ikinci kreditin ayrılmasını da nəzərdən keçirir. E. Falçetti bildirib ki, “Yaşıl şəhərlər” proqramı çərçivəsində Gəncədə Fəaliyyət Planının hazırlanmasına qərar verilib. Azərbaycanın ikinci böyük şəhərində ekoloji cəhətdən daha sağlam, dayanıqlı və daha rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyanın hazırlanması nəzərdə tutulur. Digər istiqamətlər üzrə su təchizatı layihələrinin maliyyələşməsinə, ümumilikdə, investisiya proqramı çərçivəsində təxminən 410 milyon avro məbləğində kapital ayrılması gözlənilir.
AYİB Gəncədən kənarda da dayanıqlı infrastruktur layihələrini maliyyələşdirmək niyyətindədir ki, bura Şəkidə su təchizatı, çirkab və yağış suları infrastrukturunun inşası və bərpası daxildir. Şəki üçün 91 milyon avro məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Eləcə də, Bakıda və Abşeron yarımadasının ərazisində 3 milyondan çox sakinə xidmət göstərən su təchizatı sisteminin təkmilləşdirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Paralel olaraq bankın paytaxtda uzun müddət çirklənməyə məruz qalmış ərazilərin bərpasında iştirakı imkanları araşdırılır. Məqsəd ekoloji cəhətdən zərər çəkmiş ərazilərin yerli icmalar və investisiyalar üçün daha sağlam və cəlbedici məkanlara çevrilməsinə şərait yaratmaqdır.
Kiçik və orta biznes üçün 75 milyon avro dəstək
AYİB münaqişələrdən zərər çəkmiş ölkələrin dəstəklənməsinə də irihəcmli vəsaitlər ayırmağı planlaşdırır ki, həmin siyahıda Azərbaycan da yer alır. Belə ki, münaqişənin iqtisadi və sosial fəsadlarına məruz qalmış ölkələrdən biri kimi Azərbaycanın vaxtilə münaqişə bölgəsi olan rayonlarının ailə təsərrüfatlarında iqtisadi fəallığın dəstəkləməsi, əsas xidmətlərin davamlılığının təmin edilməsi nəzərdə tutulur.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsində də fəal rol oynayır. Cari ilin iyun ayında bu sahəyə daha çox dəsrək vermək məqsədilə “AccessBank”a 75 milyon avro həcminə portfel vəsaitinin verilməsi razılaşdırılıb. Həmin vəsaitin birbaşa kiçik və orta sahibkarlığın maliyyə ehtiyaclarının qarşılanmasına yönəldilməsi nəzərdə tutulur. Layihə çərçivəsində adıçəkilən bankın kapital imkanlarının genişlənəcəyi və yeni kreditlərin verilməsi üçün əlavə resurs yaranacağı gözlənilir. Maliyyələşdirmə əsasən gənclərə və qadınlara məxsus bizneslərə, eləcə də regionlarda fəaliyyət göstərən sahibkarlara yönəldiləcək. Bu isə inklüziv regional iqtisadi inkişafı dəstəkləməlidir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40

