Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
23.09.2026 [20:25]
Kreml Vladimir Putin, Volodimir Zelenski və Donald Tramp arasında mümkün görüşlərin perspektivlərini şərh edib, habelə BMT Təhlükəsizlik Şurasında islahatlar barədə mövqeyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskvanın Putin və Zelenski arasında mümkün görüşlə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Kremlin sözçüsü Zelenskinin Rusiya Prezidenti ilə mümkün görüş barədə açıqlamalarını şərh edərkən bildirib: “Əgər o, həqiqətən də Rusiya Prezidenti ilə görüşmək istəyirsə, Putin onun artıq Moskvaya gələ biləcəyini bildirib”. O, əlavə edib ki, Moskva Ukrayna Prezidentinə təhlükəsizlik zəmanətləri verəcək.
Kreml vurğulayır ki, sammit ilkin danışıqların kulminasiyası olmalıdır. Peskov əvvəllər qeyd etmişdi ki, sammit, ilk növbədə, əldə edilmiş razılaşmaların yekunlaşdırılması üçün vacibdir və bunun hazırlanması mürəkkəb danışıqlar prosesini tələb edir.
Rusiya və ABŞ liderləri arasında yeni bir əlaqə perspektivi diqqət mərkəzindədir. Bir gün əvvəl Donald Tramp Nyu-Yorkda Zelenski ilə görüşməzdən əvvəl Vladimir Putinlə başqa bir görüşü də istisna etməyib.
“Alyaskada görüşümüz olub. Düşünürəm ki, daha bir görüş olacaq”, - deyə ABŞ Prezidenti bildirib.
Kreml Rusiya ilə ABŞ arasında yüksəksəviyyəli təmaslardan danışarkən dəfələrlə hərtərəfli hazırlığın vacibliyini vurğulayıb. “Yüksəksəviyyəli görüşlərlə bağlı heç bir konkret məlumat yoxdur. Rusiya-Amerika görüşünə gəldikdə isə, Prezident buna hazırdır”, - deyə Peskov bildirib.
RF Prezidenti mətbuat katibinin sözlərinə görə, Rusiya və ABŞ liderləri dəfələrlə yeni şəxsi təmasların mümkünlüyünü müzakirə ediblər.
Peskov xatırladıb: “Prezidentlər Putin və Tramp telefon danışıqlarında həmişə lazım gələrsə, vaxtında başqa bir görüş keçirməyə hazır olduqlarını vurğulayıblar”.
Kremlin şərhlərinin digər mövzusu BMT Təhlükəsizlik Şurasında mümkün islahat olub. Moskva Şuranın daimi üzvlüyünün genişləndirilməsinin zəruri olduğunu düşünür, lakin daimi üzvlük institutunun və veto səlahiyyətinin qorunmasını müdafiə edir.
“Biz inanırıq ki, BMT Təhlükəsizlik Şurasında mütləq islahat olmalıdır. Daimi üzvlük mütləq genişləndirilməlidir”, - deyə Peskov bildirib.
Eyni zamanda, Kremlin nümayəndəsi Təhlükəsizlik Şurasının daimi üzvlük institutunun və veto səlahiyyətinin “Birləşmiş Millətlər Təşkilatının bütün strukturu üçün çox vacib element” olduğunu vurğulayıb.
Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Təhlükəsizlik Şurasında islahatlar aparmaq və rotasiya prinsipi lehinə veto səlahiyyətindən imtina etmək təklifini məhz belə şərh edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

