Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycanın uğur modeli
29.09.2026 [12:50]
Prezident İlham Əliyev çıxışlarında müstəqilliyi hər zaman böyük nemət və böyük nailiyyət kimi qiymətləndirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında da dövlət başçısı bu məsələyə xüsusi diqqət yetirərək bildirdi ki, əgər Azərbaycan 1846-cı ildə ilk dəfə neft hasil edilən dövrdə müstəqil dövlət olsaydı və 1918-ci ildə əldə etdiyi müstəqilliyini qoruyub saxlaya bilsəydi, bu gün tamamilə başqa gücə malik dövlət olardı.
Heç şübhəsiz, burada söhbət formal deyil, əsl müstəqillikdən gedir. Həqiqi müstəqilliyin təmin olunması üçün həyata keçirilən siyasət düşünülmüş olmalı, milli maraqlara əsaslanmalıdır. Belə bir siyasət siyasi sabitliyin və daxili təhlükəsizliyin təmin edilməsinə, xarici təhdidlərin qarşısının qətiyyətlə alınmasına və ölkədə davamlı inkişafın təmin olunmasına imkan yaradır.
Müasir Azərbaycanın davamlı inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun şəkildə davam etdirilməsi dayanır.
Müstəqilliyinin ilk illərində çoxsaylı problemlərlə üzləşən, enerji böhranı yaşayan və ciddi iqtisadi çətinliklərlə qarşılaşan Azərbaycan bu gün dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətə çevrilib. Mövcud potensialdan səmərəli istifadə nəticəsində enerji istehsalı şaxələndirilib, ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadəyə də xüsusi önəm verilib. Ölkə əhalisinin təbii qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Daxili siyasi sabitliyin təmin edilməsi iqtisadi inkişaf üçün əlverişli şərait yaradıb, eyni zamanda xarici investorların ölkəyə cəlb olunmasında mühüm rol oynayıb. Azərbaycan zaman keçdikcə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bunun nəticəsində ölkəyə investisiya axını davam edib və yeni investorların marağı artıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində beynəlxalq və regional əhəmiyyət daşıyan bir sıra mühüm layihələr reallaşdırılıb. Bu layihələr Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, yeni tərəfdaşların qazanılmasına və ölkənin beynəlxalq enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıqlar formalaşdırıb və iqtisadi inkişaf baxımından yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə ölkənin nəqliyyat və logistika imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini daha da artırır.
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycanın tranzit imkanlarına da xüsusi diqqət çəkərək bildirdi ki, ölkə dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiyalar yatırıb. Bununla yanaşı, yalnız fiziki infrastrukturun yaradılması deyil, qonşu və digər region ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi də böyük əhəmiyyət daşıyır.
Azərbaycanın qonşu ölkələrlə mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətləri də bu baxımdan mühüm rol oynayır. Regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.
Geosiyasi gərginliklərin hökm sürdüyü müasir dünyada Azərbaycan sabitlik, etibarlı tərəfdaşlıq və davamlı inkişaf istiqamətində mövqeyini möhkəmləndirən dövlət kimi çıxış edir. Ölkənin iqtisadi və enerji potensialının artırılması, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın qarşıdakı dövr üçün yeni imkanlar əldə etməsinə şərait yaradır.
Bütün bu proseslərdə həyata keçirilən dövlət siyasəti, strateji layihələr və Azərbaycanın milli maraqlara əsaslanan xarici və daxili siyasəti mühüm rol oynayır.
Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

