Bu gün Beynəlxalq Müəllimlər Günüdür
05.10.2026 [09:37]
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı ildə Beynəlxalq Əmək Təşkilatı və UNESCO tərəfindən “Müəllimlərin statusuna dair Tövsiyə” sənədi qəbul edilib. Bu il həmin sənədin qəbul edilməsinin 60-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir.
Ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev müəllim əməyini hər zaman yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Hər bir dövlətin inkişafı və gələcəyi onun əhalisinin təhsil səviyyəsi ilə bağlıdır. Son 25 ildə Azərbaycanda 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub. Son illərdə təqribən 600 məktəb binası tikilib və ya əsaslı təmir edilib. 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Altıncı ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. 2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif medallarla təltif edilib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil ocaqlarının qurulması müəllim əməyinə verilən dəyərin bariz nümunəsidir.
Elm və Təhsil Nazirliyi tərəfindən son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömür boyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. Sertifikatlaşdırma prosesi nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavə edilib.
“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin sayı 30 faiz artırılaraq 2026–2027-ci tədris ilində 1001-ə çatdırılıb. Layihə ilə əhatə olunan şagird sayı isə 630 mini ötüb. STEAM layihəsi üzrə məktəblərin sayı 563-ə, əhatə olunan şagirdlərin sayı isə 312 min 197-yə çatdırılıb.
Ölkəmizdə müəllimlər XXI əsrin tələblərinə uyğun təhsil modelini həyata keçirərək şagirdləri gələcəy
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19

